GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hüseyn Abdullayevin vəkili açıqlama yaydı

Hüseyn Abdullayevin vəkili açıqlama yaydı

Tarix: 22-07-2013, 10:30 Bölmə :Siyasət Baxış: 574
Hüseyn Abdullayevin vəkili açıqlama yaydı
Keçmiş deputat Hüseyn Abdullayevin vəkili Akif Əlizadə iyulun 22-də “Azadlıq” qəzetinə yeni məlumat göndərib. Məlumatda deyilir ki, H.Abdullayevin atasının Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə rəsmi müraciətindən, eləcə də müdafiəçinin Baş Prokurora şikayətindən sonra A.Əlizadə iyulun 19-dan keçmiş deputatın müdafiəçisi qismində cinayət prosesinə buraxılıb. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamın mahiyyətini öyrənib, H.Abdullayevin barəsində olan bir sıra sənədlərlə tanış olub.

H.Abdullayevə qarşı hazırlanan ittiham və sənədlər barədə məlumatlar bunlardır:

Vergilər Nazirliyinin müvafiq qurumu 06 iyun 2013-cü il tarixdə “ARAZ İNC” MMC-də gizli kameral yoxlama keçirmiş, həmin gün də müəsisəyə 381.606,03 manat vergi borcu olması barədə bildiriş verilmişdir.
07 iyun 2013-cü ildə adıçəkilən Departamentdə “ARAZ İNC” MMC-nin vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə cinayət işi başlanmışdır.
Baş Prokurorluğun 18.06.2013-cü il tarixli, 01/02-2409 saylı məktubu və istintaqı aparan Departamentin vəsatətinə əsasən Səbail rayon məhkəməsinin 13.06.2013-cü il tarixli qərarı ilə "ARAZ İNC" MMC-də 01.08.2006-cı ildən 01.01.2013-cü ilədək olan dövr əhatə olunmaqla təkrar səyyar vergi yoxlaması aparılması qərara alınmışdır.
Başlanan cinayət işinə heç bir aidiyatı olmasa belə, həmçinin aparılan təkrar səyyar vergi yoxlaması başa çatmadan 25 iyun 2013-cü ildə H.Abdullayev Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, elə həmin gün də axtarışı elan edilmiş, 1 gün sonra isə Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 2 ay həddində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılmışdır.
Sözügedən təkrar səyyar vergi yoxlaması 21.06.2013-cü ildə başlamış, 01.07.2013-cü ildə isə başa çatmış və bu barədə həmin tarixli AKT tərtib edilmişdir. Həmin AKT-la müəyyən edilmişdir ki, “ARAZ İNC” MMC yoxlama dövründə 152.084,52 manat mənfəət vergisini, 1.320.551,72 manat isə əlava dəyər vergisini azaltmışdır.

***

Müdafiə tərəfi vurğulayır ki, səyyar vergi yoxlaması başa çatmadan, həmin AKT-ın məhkəmə qaydasında mübahisələndirilməsinə vaxt və imkan verilmədən, həmçinin AKT-ın doğruluğunun müvafiq məhkəmə ekspertizası rəyi ilə təsdiq edilməsini gözləmədən H.Abdullayevi tez-tələsik vergi cinayətində təqsirli bilmək xeyli suallar doğurur. “Digər çoxsaylı sualları hələlik qabatsaq da, 01 iyul 2013-cü ildə başa çatan yoxlamadan 6 gün əvvəl, yəni 25 iyun 2013-cü ildə H.Abdullayev hansı mənbədən istifadə edilməklə vergi cinayətində təqsirli sayılıb sualı yəqin açıq qalacaq”, - deyə vəkil bildirir.
Müdafiə tərəfi bir daha vurgulayır ki, H.Abdullayevin “ARAZ İNC” MMC-yə heç bir aidiyyatı yoxdur. Onun bu müəsisəyə faktiki rəhbərlik etməsi istintaqçının ehtimallarına söykənir.
“ARAZ İNC” MMC-nin mühasibinin cinayət işində vergidən yayındırılan məbləğ kimi göstərilən 1.435.888,40 manatın elə 1 iyul 2013-cü ildə də artıqlaması ilə ödənməsi o deməkdir ki, cinayət işinin sözügedən ittihamına xitam verilməlidir. Lakin bu vaxta qədər bu baş verməmiş və görünən odur ki, istintaq orqanının belə bir istəyi də yoxdur. Hətta köçürülmüş məbləğin bu vaxta qədər müəsisənin adına yerləşdirilməməsi ilə bağlı coxsaylı şikayətlərə belə məhəl qoyan yoxdur”, - deyə məlumatda qeyd olunur.
Müdafiə tərəfi səlahiyyətli şəxslərdən təkrarən xahiş edir ki, 21 gün əvvəl istintaq orqanının təkidli tələb və təzyiqi ilə müvafiq hesaba köçürülmüş bir milyon dörd yüz əlli min əli manatın taleyini həll etsinlər.
Məlumatda daha sonra bildirilir ki, H.Abdullayevin barəsində olan həbs qərarından 22 iyul 2013-cü ildə apellyasiya şikayəti verilib. Müdafiə tərəfi hesab edir ki, həbs qərarı əsaslı və qanuni deyil. Ona görə ki, H.Abdullayev sözügedən cinayət işi başlanandan 25 iyunadək bir dəfə də olsun qanunla nəzərdə tutulmuş və ya tutulmamış qaydada istintaqa dəvət edilməyib, onun istintaqa gəlməli olması barədə birgə yaşadıqları valideynlərinə və ya ailə üzvlərinə məlumat verilməyib və ya harada olması barədə qohumları dindirilməyib.
“H.Abdullayevin qeyd edilən dövrdə və hazırda da istintaqa gələ bilməməsi üzürlü səbəbdən, yəni müalicə məqsədilə ölkədən kənarda olması ilə bağlıdır.
H.Abdullayev hesab edir ki, onun əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalması, barəsində həbs qərarı çıxarılması və beynəlxalq axtarışa verilməsi söz və musiqi müəllifliyi ona məxsus olan “Susma” mahnı-marşının yayımı ilə bağlıdır. Belə ki, adı çəkilən mahnı klipi 5 iyun 2013-cü ildə “youtube”da və əksər yerli internet xəbər portallarında yayılmışdır. Mahnının klip görsəntilərində bu ilin yanvar-fevral aylarında Bakı şəhərində keçirilən mitinqlərdə insanların tələbləri və sair nümayiş etdiririlir. Klipin yayılmasından bir gün sonra Vergilər Nazirliyinin ona qarşı "səlib yürüşü" o deməkdir ki, hazırkı iqtidar ondan qisas almaq və onu birdəfəlik susdurmaq, həmçinin başqalarına da dərs vermək məqsədi güdür”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüseyn Abdullayevin yeni vəkili danışdı

    Hüseyn Abdullayevin yeni vəkili danışdı ...

    11-07-2013, 13:45

  • 
  • Hüseyn Abdullayev hakimiyyətin sirlərini açacaq

    Hüseyn Abdullayev hakimiyyətin sirlərini açacaq ...

    8-07-2013, 13:45

  • 
  • Vergilər nazirliyindən Hüseyn Abdullayevlə bağlı açıqlama

    Vergilər nazirliyindən Hüseyn Abdullayevlə bağlı ...

    9-07-2013, 15:42

  • 
  • Hüseyn Abdullayev özünə vəkil tutdu

    Hüseyn Abdullayev özünə vəkil tutdu ...

    28-06-2013, 23:36

  • 
  • "Mənə məlumatı Hüseyn Abdullayevin anası demişdi"

    "Mənə məlumatı Hüseyn Abdullayevin anası ...

    9-07-2013, 12:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu