Dünən açılışı edilən "Star" neft emalı zavodui ilə əlaqədar Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən verilən açıqlamada "İzmir-Aliağa'da açılan "Star" zavodunun prezident Ərdoğanın qərarı ilə Türkiyənin ilk xüsusi sənaye bölgəsi elan edildiyi bildirilir.
Türkiyə mediasının yazdığına görə, "SOCAR Turkey Enerji A.Ş.-nin bürokratik maneələr olmadan 2 milyard dollarlıq investisiya tapması gözlənilir.
Sənaye və texnologiya naziri Mustafa Varank bu barədə danışarkən deyib:
"Star" neft emalı zavodu dizel yanacağı, təyyarə benzini, LPG və mazut kimi məhsullar istehsal edərək, xarici ticarətdəki mənfi saldomuzu ildə 1,5 milyard dollar azaldacaq. Biz yüksək əlavə dəyər istehsalına, məşğulluq imkanlarına və ödəniş balansına görə neft-kimya sahəsindəki investisiyalara böyük əhəmiyyət veririk".
Qeyd edək ki, sənaye bölgələrində investisiya qoyanlar üçün ciddi vergi, gömrük güzəştləri nəzərdə tutulur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?