“SOCAR Trading” şirkəti Türkiyənin İzmir şəhəri yaxınlığındakı STAR Neft Emalı Zavoduna (NEZ) həm yüngül, həm də ağır növ neft göndərəcək.
gundemxeber.az “Report”a istinadla xəbər verir ki, bunu IX Azərbaycan-Rusiya Regionlararası Forumunun kuluarlarında jurnalistlərə şirkətin icraçı sədri Ədnan Əhmədzadə bildirib.
“Bu, "Urals", "Siberian Light", başqa yüngül və ağır tərkibli neft növləri ola bilər. İki ölkənin prezidentləri - İlham Əliyev və Vladimir Putinin haqqında danışdıqları “SOCAR Trading”lə “Rosneft” arasındakı sazişə gəlincə, bu sənədin Rusiyaya məxsus 1 mln. ton "Urals" neftinin STAR-a mütləq şəkildə göndərilməsini nəzərdə tutduğunu təsdiqləyə bilərəm”, - Ə.Əhmədzadə qeyd edib.
“SOCAR Trading”in icraçı sədri deyib ki, saziş bazar şərtləri ilə imzalanıb və neft qarşılıqlı əməkdaşlıq çərçivəsində göndəriləcək.
Xatırladaq ki, sentyabrın 1-də “SOCAR Trading” və “Rosneft” bu ilin dekabr ayından Rusiyadan 1 mln. ton "Urals" markalı xam neftin STAR-a tədarükə başlanması barədə saziş imzalamışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?