Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan iqtisadiyyatının Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyadan qazanacağı dividendlərdən və sazişin ratifikasiyasının vaxtının planlaşdırılmasından danışıb.
Gundemxeber.Az xəbər verir ki, əvvəlcə nazir bu konvensiyanın imzalanmasını “tarixi hadisə” adlandırıb.
“Bu sənədin ölkəmiz üçün əsas mənası ondan ibarətdir ki, o, dənizin zəngin təbii qaynaqlarından istifadə etmək üçün sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarını müəyyənləşdirir.
Beləliklə, Konvensiya neft-qaz sənayesində müxtəlif layihələrin, eləcə də, dənizdəki digər iqtisadi fəaliyyətlərin icrasının davamlılığını və təhlükəsizliyini təmin edir”, - Məmmədyarov deyib.
Oxu: Putin Azərbaycanla Xəzərdəki birgə fəaliyyət barədə Bundan başqa, nazir əlavə edib ki, Konvensiya sahilyanı dövlətlərin suverenliyinə və müstəsna hüquqlarına tabe ərazi suları və balıqçılıq zonalarını müəyyən edir. Bununla Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından müstəsna rol oynayan naviqasiya azadlığını və təhlükəsizliyi təmin edilir
Sazişin ratifikasiya məsələsinə toxunan Azərbaycan XİN rəhbəri razılaşmanı imzalayan ölkələrin bu proseduru yaxın vaxtlarda yerinə yetirəcəyinə ümid etdiyini deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?