Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sədrliyi ilə Demokratik Qüvvələr Birliyinin növbəti iclası keçirilib.
Məlumata görə, iclasda aparılan müzakirələr nəticəsində:
1) Avropa Parlamentinin Azərabaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarılması ilə bağlı yayılan məlumatlara və onların səbəblərinə aydınlıq gətirmək məqsədilə Demokratik Qüvvələr Birliyinin Avropa Birliyinə müraciət göndərməsi qərara alınıb.
2) Demokratik Qüvvələr Birliyinin fəaliyyətini tənzimləmək üçün Reqlament qəbul edilib.
3) Demokratik Qüvvələr Birliyi Azərbaycanın demokratik qüvvələrinin birliyini və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirakını müsbət qiymətləndirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?