GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək

Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək

Tarix: 24-11-2018, 10:59 Bölmə :Siyasət Baxış: 454
Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək


“Can Azərbaycanımızın torpaqları azad edilənə qədər Ermənistanla sərhəd qapıları açılmayacaq”

Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksül Gülbeyin Ermənistan TIR-larına Trabzon Limanının açıldığı barədə dedikləri geniş müzakiərlərə səbəb olub. Türkiyə və Azərbaycan mediasında yer alan bu mövzuya Türkiyənin Azərbaycandakı səfirliyindən də reaksiya verilib və iddia təkzib olunub. Həmçinin Trabzon Limanı müdiri Muzaffer bu iddiaları yalanlayaraq bildirib ki, ermənilərin dünyaya açılan qapısı Trabzondur. “Amma bu qapının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir”- Ermiş deyib.

Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq səfiri Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıç Musavat.com-ın suallarını cavablandırdı.

-Hulusi bəy, bir neçə gün öncə bizə müsahibənizdə Qarabağ uğrunda şəhid olmağa hazır olduğunuzu növbəti dəfə dediniz. Sizin səfir olduğunuz dönəmdə həm Türkiyə, həm də Azərbaycanı şərəflə təmsil etdiyinizi çox yaxşı bilirik. Hazırda Türkiyədəsiniz, yəqin ki, Trabzon qapısı ilə bağlı səslənən iddialar barədə şəxsən araşdırma aparmısınız. Sizdə bununla bağlı nə kimi bilgilər var?

-Öncə təşəkkür edirəm. Bakıdan İstanbula yenicə gəlsəm də, can Azərbaycan üçün, Bakı üçün darıxmışam. Burda işlərimiz var. Amma fürsət düşən kimi Azəraycana növbəti dəfə gələcəyəm. Sizin vasitənizlə Azərbaycandakı bütün dostalara, qardaşlara salam söyləyirəm. Səslənən iddialara gəldikdə, ola bilsin bu yük maşınları Gürcüstan üzərindən keçir. Amma mən bunu dəqiq bilirəm ki, Ermənistanla sərhədlər bağlıdır. Trabzondan açılan qapı Gürcüstana aparır, buna əmin olun. Türkiyənin Gürcüstanla üç qapısı var: Sarp, Türkgözü və Cıdır-Akdaş. Mənim dediklərim rəsmi olmaya bilər. Amma bunu dəqiq bilirəm ki, sərhəd açıq deyil, bağlıdır. Trabzon zatən Sarp tərəfə yaxındır. Ola bilsin gürcülərə gedən yükləri sonradan da gürcülər onlara satır. Bunu rəsmi olaraq bilmirəm. Amma təxmin edirəm ki, belədir.

-Belə iddialar var ki, Ukraynanın da içərisində olduğu bir layihə var və ildə 200 TIR-ın Türkiyəyə keçməsi izni alınıb. Bu, nə dərəcədə ciddi iddiadır?

-Mən qeyd etdim ki, Türkiyə ilə Ermənistan sərhədi bağlıdır. Amma hardan gedir, onu bilmirəm. Sərhəd məsələsi ilə bağlı Türkiyənin mövqeyi dəyişilməzdir. Sərhədin bağlanmasına səbəb olan hallar aradan qaldırılmayıb. O şərtlər yerinə yetirilməyib. Ortaya qoyulan şərtlərə əməl olunsa, biz sərhədi aça bilərik. Türkiyənin mövqeyi budur. Başqa mövqe ola bilməz. O 200 maşın başqa yerdən gedə bilər, Rusiyadan da, başqa ölkədən də. Amma Türkiyənin Ermənistanla ortaq sərhədindən keçə bilməz. O sərhəd bağlıdır, ta ki, şərtlər yerinə yetirilənə qədər bağlı qalacaq. Mən sizi əmin edirəm. Türkiyənin bu mövzuda mövqeyi heç zaman dəyişməyəcək.

-Hulusi bəy, biz də qardaş Türkiyədən ancaq bu mövqeni gözləyirik. Elə bu günlərdə Türkiyə prezidentinin köməkçisi növbəti dəfə bəyan etdi ki, işğal altındakı Azərbaycan əraziləri azad olunmalıdır. Ankaranın prinsipiallığı bizi məmnun edir…

-Təbii, bizim istəyimiz də budur. Azərbaycan torpaqları azad olunarsa, Ermənistan da bundan faydalanar, erməni xalqı da bölgədəki rifahdan, inkişafdan payını ala bilər. Bizim arzumuz işğala son verilməsidir. Həmçinin bizim heç bir xalqla düşmənçiliyimiz yoxdur. Biz erməni xalqı ilə illərlə iç-içə yaşadıq, həm Türkiyə, həm Azərbaycanda. Amma siyasətçilərin bu mövzuda daha diqqətli olmaları lazımdır.

-Bəzi iddialar var ki, 2009-cu il Sürix protokolları başqa formada yenidən masaya qoyula bilər. Bu, mümkündürmü?

-Onlar boş iddialardır. Heç vaxt gündəmə gələ bilməz. Çünki Türkiyənin, cümhurbaşqanımızın mövqeyi dəyişməz. Bunlar Türkiyə-Azərbaycan münasibətlərini pozmaq üçün söylənən şeylərdir. Bunlara qulaq asmayın! Türkiyə hər zaman sizin yanınızdadır. Biz birlikdə daha da güclüyük. O baxımdan heç kimin ağlına başqa şey gəlməsin. Can Azərbaycanımızın torpaqları azad edilənə qədər Ermənistanla sərhəd qapıları açılmayacaq. Zamanında ortaya qoyulan şərtlərə əməl olunanadək sərhədlər bağlı qalacaq./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyənin Azərbaycandakı səfirinin təcili bəyanatı: “Türkiyə Ermənistandan gələn avtomobillər üçün sərhədləri açmayıb”

    Türkiyənin Azərbaycandakı səfirinin təcili ...

    19-11-2018, 11:42

  • 
  • PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri və... professor Nadir Nadirov?

    PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri və... ...

    22-10-2017, 14:52

  • 
  • Qarabağda 1750 PKK-çı və...12 cəsəd?

    Qarabağda 1750 PKK-çı və...12 cəsəd? ...

    18-06-2017, 19:54

  • 
  • Türkiyə Ermənistanla sərhədin açılması şərtini açıqladı

    Türkiyə Ermənistanla sərhədin açılması şərtini ...

    8-11-2013, 11:30

  • 
  • ​Kremlin “ikinci erməni dövləti” layihəsi – TÜRK DÖVLƏTLƏRİNƏ TƏLƏ

    ​Kremlin “ikinci erməni dövləti” layihəsi – TÜRK ...

    24-09-2017, 13:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu