Əhməd Davudoğlu ölkə parlamentinin Xarici Əlaqələr Komissiyasında millət vəkilləri qarşısında bildirib
Region Türkiyə Ermənistanla sərhədin açılması üçün İrəvan qarşısında şərtini açıqlayıb. Sərhədlərin açılması qarşılığında Türkiyə Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir. Trend-in Türkiyənin «Akşam» qəzetinə istinadən verdiyi məlumuta görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə parlamentinin Xarici Əlaqələr Komissiyasında millət vəkilləri qarşısında bildirib.
Davudoğlu İğdırı təmsil edən millət vəkili Sinan Oğanın Ermənistanla sərhədin açılması ilə bağlı sualına cavab olaraq bildirib: «Bizim tələbimiz Qarabağın azad edilməsidir. Bununla bağlı irəliləyiş gözləyirik.» - sitatın sonu. Əhməd Davudoğlunun sözlərinə görə, yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı müzəkilərər aparıla bilər.
Sorğu
Yeni dizaynımız necədir?