Ermənistan baş nazir əvəzi Nikol Paşinyan Bako Saakyanı sərt tənqid edib.
O, separatçı rejimi Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.
“Qarabağdakı “hakimiyyət nümayəndələrinin” reaksiyasını anlamıram. Mən, ümumiyyətlə, Qarabağdakı “hakimiyyətin” aktivlərinin son günlər niyə Ermənistandakı təşviqat kampaniyasına müdaxilə etdiklərini anlamıram. Mənim onlara çoxlu suallarım var və mən bunu şəxsən Qarabağ “prezidenti” Bako Saakyanla müzakirə etmək niyyətindəyəm. Hələlik Bako Saakyanı öz tabeçiliyində olanları öz işlərini görmək üçün yönəltməyə çağırıram. Əgər mənim mətbuat katibim Qarabağdakı məlum və naməlum hadisələrə şərh versə, bunun nə ilə nəticələnəcəyini bilirsiniz! Öz işinizlə məşğul olun. Mən bunu sizlə müzakirə edəcəyəm, amma bu, seçkidən sonra olacaq. Hələlik öz işinizlə məşğul olun”, – deyə o bildirib./axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?