Keçən il Qarabağ erməni icmasının rəhbəri Bako Saakyanın Fransaya səfəri zamanı, Fransanın Alforvil şəhəri ilə Azərbaycanın işğal altındakı Laçın şəhəri ilə qardaşlaşması barədə sənəd imzalanmışdı. Azərbaycan Hökumətinin kəskin etirazından sonra Fransa tərəfi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi gördüyünü bir daha elan etdi.
Lakin küçələrdəki reklam şitlərində separatçı rejimin bayrağı və adı indiyədək silinməyib.
İndi isə Minsk qrupun digər bir üzvü ABŞ Bako Saakyanı Kapitoli ştatına işgüzar görüşə dəvət edib. Beləki Azərbaycanı özünün müttəfiqi sayan ABŞ hökuməti Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan 14 martda ABŞ-ın Kapitoli ştatında çıxış edəcək və üstəlik, həmin tədbirdə mükafatlandırılacaq.
Görünür Qarabağ münaqişəsinin həlli uzandıqca əsəblərimiz daha çox tarıma çəkiləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?