"Göründüyü kimi, Rusiya tərəfi Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə biləcək addımlar atmaqdan yayınır. Belarus namizədinin seçilməsi daxili siyasi mübahisələrə səbəb olacaqdı və seçkiqabağı mühitə təsir edə biləcək amil ola bilərdi. Rusiya bu addımdan yayındı. Buna görə də KTMT-də ən nüfuzlu ölkə olaraq Rusiya hər hansı rəhbər üçün problem yaranmasın deyə məsələni bu cur həll etməyə qərar verib".
Gundemxeber.az xəbər verir ki, bu barədə məşhur rusiyalı politoloq Fyodor Lukyanov dekabrın 6-da KTMT-nin zirvə görüşünün təxirə salınmasını şərh edərkən bildirib.
Baş katibliyə namizəd məsələsinə gəldikdə isə Lukyanov hesab edir ki, bu məsələ artıq həll edilib, yalnız rəsmi təsdiqlənməsi qalıb ki, buna da Ermənistan öz razılığını verməlidir.
Lukyanovun fikrincə, Ermənistanda inqilab və onun nəticələri davam edir.
"Yeni namizədin də hər hansı şəkildə məsuliyyətə cəlb edilə biləcəyi istisna olunmur. Qeyd edək ki, KTMT-nin üzvləri bu məqamdan da ehtiyatlanırlar. Eyni zamanda inqilab ərəfəsində olan Ermənistan üçün belə beynəlxalq vəzifələrin əlavə yük ola biləcəyini düşünürlər", - deyə Lukyanov qeyd edib.
Öz növbəsində Aleksey Malaşenko qeyd edib ki, Ermənistan və Belarus liderlərinin 2019-cu ildə keçiriləcək iclasa hansı mövqe ilə gedəcəkləri hələ məlum deyil./ordu.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?