GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyana KTMT xəbərdarlığı - Moskvada onu böyük imtahan gözləyir

Paşinyana KTMT xəbərdarlığı - Moskvada onu böyük imtahan gözləyir

Tarix: 13-11-2018, 12:25 Bölmə :Siyasət Baxış: 409
Paşinyana KTMT xəbərdarlığı - Moskvada onu böyük imtahan gözləyir


Ötən həftə Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində qurumun baş katibi vəzifəsinə Ermənistanın təqdim etdiyi namizədin qəbul edilməməsi erməni müxalifətinə baş nazir əvəzi Nikol Paşinyana qarşı hücuma keçməyə fürsət verib.

Paşinyanın hakimiyyətdən devirdiyi Respublika Partiyasının seçki siyahısına başçılıq edən keçmiş müdafiə naziri Vigen Sərkisyan deyib ki, Ermənistan KTMT-də ciddi iflas ərəfəsindədir.

“Hökumət əlindən gələni etməlidir ki, dekabrın 6-da Sankt-Peterburqda KTMT baş katibi postunu itirməsin. Əgər bu baş versə, hökumət üçün tam iflas olacaq”, - deyə o qeyd edib. V.Sərkisyan bildirib ki, bu riski KTMT baş katibi Yuri Xaçaturva qarşı cinayət işi qaldıranda düşünmək lazım idi.

KTMT dövlət başçılarının sammitindən sonra isə Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul edib. Lukaşenko görüşdə bildirib ki, rəsmi Minsk qurumun baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır.

“Astana görüşünün nəticələri Ermənistanın KTMT-dəki fəaliyyətinin tam iflası oldu”. Bu sözləri isə axar.az-a açıqlamasında KTMT ölkələri liderlərinin Astana görüşünü şərh edən rusiyalı politoloq Yevgeni Mixaylov deyib: “Bu haqda əvvəllər hətta ağlımızdan da keçməzdi. Bütün hallarda Ermənistan aprel hadisələrinə qədər Rusiyanın bir çox sahələrdə tamhüquqlu müttəfiqi sayılırdı. Bugünkü gün daxili siyasi qeyri-sabitlik və diplomatik nöqsanlar səbəbindən Ermənistanın təsiri KTMT-nin digər üzvləri tərəfindən faktiki olaraq sıfra endirilib. Xaçaturovun digər erməni namizədlə əvəzlənməsindən imtina edilməsinin başlıca səbəbi budur ki, Ermənistanın hara istiqamətləndiyi bəlli deyil. Əgər o, Qərbə istiqamət alacaqsa, onda təşkilatda əsas rol oynayan Rusiyanın maraqlarının satılmasını müşahidə edə bilərik”.

Rusiyalı politoloqa görə, Ermənistanda Rusiya və Belarus əleyhinə provokasiya hər an mümkündür: “Çünki biz vaxtaşırı olaraq Ermənistandan Azərbaycanın Rusiya və Belarusdan silah alması ilə bağlı narazılıq müşahidə edirik və bu istiqamətdə neqativ informasiyalar yayılır”.

Azərbaycanlı politoloq Natiq Miri isə “Yeni Müsavat”a şərhində bildirdi ki, təcrübəsiz Paşinyan hökuməti KTMT-nin baş katibinə cinayət işi açıb onun vəzifədən götürülməsi tələbini ortaya qoyandan sonra Ermənistana qurumun üzvü olan dövlətlərin narazılığı müşahidə olundu: “Çünki KTMT-yə rəhbərlik edən generalın erməni də olsa cinayətkar elan olunması və vəzifədən çıxarılıb Ermənistana verilməsi tələbi dolayısı ilə KTMT-yə meydan oxumaq idi və bu təşkilatın adına, imicinə qarşı biabırçı bir hadisə idi. Bu isə quruma üzv olan dövlətlərdə ciddi bir qıcıq yaratdı. Ona görə də bəlli idi ki, Ermənistan rəhbərliyi cəzalandırılacaq. Ermənistanın təqdim etdiyi namizədin qəbul edilməməsi və rotasiya məsələsinin ortalığa çıxarılması İrəvana verilən cəzadır. Rotasiya məsələsinin ortalığa atılması bəhanədən başqa bir şey deyil. Paşinyanın Qərbə meyllənən siyasətə üstünlük verməsi də belə bir cəzanın verilməsində rol oynadı. Rusiya Paşinyana münasibətdə tərəddüd etməkdədir. Paşinyana konkret seçim etmək üçün təzyiq edilir. Ermənistanda isə hazırda böyük bir hakimiyyət boşluğu müşahidə edilir. 9 dekabr parlament seçkilərinə qədər belə davam edəcək. O zamana qədər Rusiya Paşinyanı KTMT meydanında da sıxacaq. Kremldə Ermənistana mənfi bir rəy açıq sezilir. Rusiya parlament seçkilərinin nəticəsini gözləyəcək. Seçkidən sonra Paşinyan Moskvaya dəvət olunacaq və ondan Ermənistanın istiqaməti ilə bağlı konkret seçim tələb edəcəklər. Paşinyan hökumətinə Rusiyanın və KTMT-nin qəti mövqeyinin necə olacağı da məhz bundan sonra dəqiq bilinəcək. Paşinyan seçkidə qalib gələcəksə, Moskvada onu böyük bir imtahan gözləyir. KTMT-də son baş verənlər Paşinyana xəbərdarlıqdır. Ona bildirilir ki, mövqeyin bizdən yana olmasa, bu, sənə tətbiq ediləcək cəzanın başlanğıcıdır”.

Bəs KTMT-də Ermənistanın istəklərinin yerinə yetirilməməsi hansısa şəkildə Azərbaycanın xeyrinədirmi?

Politoloqun sözlərinə görə, baş verən məlum məsələlər o mənada Azərbaycanın əlini gücləndirir ki, Ermənistanın dayanıqsız və etibarsız ölkə olduğu sübuta yetir: “Bu isə Azərbaycanın mövqelərinin bir qədər möhkəmlənməsi baxımından çox mühüm məsələdir. Ermənistan haqda KTMT-də dayanıqsız ölkə imicinin formalaşması istənilən halda Azərbaycanın postsovet məkanında mövqelərini bir qədər də gücləndirir. Diqqət edirsinizsə, artıq Rusiyada Azərbaycanın xeyrinə danışan xeyli sayda siyasətçilər, siyasi ekspertlər yaranıb. Bir neçə il öncə belə deyildi. Artıq hətta Kremldə belə, Azərbaycanın xeyrinə olan mövqelər ortaya qoyulmaqdadır. Azərbaycanın mövqeyi güclənirsə, bu, Dağlıq Qarabağ probleminin həlli ehtimalını artırır. Ona görə də Azərbaycan gözləmə mövqeyində deyil, daha da aktiv və hücum xarakterli siyasətə üstünlük verməlidir. Çünki belə olduğu halda Ermənistan rəhbərliyi Azərbaycanla tərəzidə bərabər səviyyədə siyasət yürüdə bilməyəcək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan hökuməti güzəştə getməyə məcbur olub

    Ermənistan hökuməti güzəştə getməyə məcbur olub ...

    5-08-2018, 01:11

  • 
  • “Putinin NATO-su” erməni generalı VƏZİFƏSİNDƏN AZAD ETDİ

    “Putinin NATO-su” erməni generalı VƏZİFƏSİNDƏN ...

    2-11-2018, 17:10

  • 
  • Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü deyil

    Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü ...

    1-09-2018, 16:46

  • 
  • Paşinyan Moskvaya “ikinci Xaçaturov” zərbəsi vurmağa hazırlaşır

    Paşinyan Moskvaya “ikinci Xaçaturov” zərbəsi ...

    4-09-2018, 13:19

  • 
  • Ermənistanın Astana məğlubiyyəti - Azərbaycan üçün şans pəncərəsi

    Ermənistanın Astana məğlubiyyəti - Azərbaycan ...

    13-11-2018, 11:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu