Azərbaycan prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət agentliyinin məlumatına görə, dövlət başçısı deyib ki, Azərbaycan ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı uğurla inkişaf edir.
Məlumata görə, prezident İ.Əliyev İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sorğu
Yeni dizaynımız necədir?