ABŞ-ın Yerevandakı səfirliyi Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq edib.
Diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda Yeni il bayramı günlərində Ermənistana səfər edən ABŞ vətəndaşları ehtiyatlı olmağa çağırılıb.
Diplomatik nümayəndəlik Ermənistandakı vətəndaşlarına bayram günlərində səyahət etdikləri yerlərdə cibgirlərdən tutumuş qarətçilərə, bir sözlə, ətraflarına diqqət yetirmələri barədə xəbərdarlıq edib: “Ekstremistlər turistlər olan yerlərdə - ticarət mərkəzlərində, hava limanlarında, klublarda, restoranlarda, dua edilən yerlərdə, nəqliyyat vasitələrində fəaliyyət göstərirlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?