Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Naxçıvanda Azərbaycan ordusunun 11 min hektar ərazini nəzarətə alması faktını dolayısı ilə olsa da etiraf edib.
Gundemxeber.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləyişinin 95%-i fevral-may aylarında, mən baş nazir seçilməzdən qabaq olub. Mövqelərin irəliyə çəkilməsi 2 istiqamətdə həyata keçirilib. Sizə rəsmən deyirəm ki, mayın 8-dən nəzarət etdiyimiz ərazilərə hazırda da nəzarət edirik”-deyə Paşinyan deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?