Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşları tətilləri, vətəndaş itaətsizliyi etirazlarını dayandırmağa çağırıb. O, mayın 17-də Facebook-da canlı yayımda etirazları yerli vaxtla günorta 3-də dayandırmağa cağırıb.
"Biz yolları ona görə bağlayırdıq ki, Ermənistanda xalqın etimad göstərdiyi hökumət yox idi. Bu gün isə xalqın inamını qazanmış hökumət var”, Paşinyan deyib.
Baş nazir şikayəti, problemi olanları hökumətə yazılı şəkildə təqdim etməyə çağırıb.
“Hökumətlə cəmiyyətin qarşıdurması hökumətlə cəmiyyətin əməkdaşlığı ilə əvəzlənməlidir”, Paşinyan deyib.
Bu arada indiki etirazları keçmiş hökumətin adamlarının Paşinyan hökumətinin işinə sabotaj məqsədilə təşkil etməsinə dair spekulyasiya yaranıb. İndi ayrı-ayrı qruplar yerli hakimiyyətin istefasını, maaş artımı tələb edir, yaxud da iş yerlərinin ixtisarına etirazlarını bildirirlər.
Ancaq baş nazir mayın 17-də AzadlıqRadiosu-na deyib ki, o, heç bir “sabotaj” elementi görmür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?