GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ-dan kritik Qarabağ xəbərdarlığı - Moskvanın 2019 planı...

ABŞ-dan kritik Qarabağ xəbərdarlığı - Moskvanın 2019 planı...

Tarix: 10-01-2019, 11:25 Bölmə :Siyasət Baxış: 412
ABŞ-dan kritik Qarabağ xəbərdarlığı - Moskvanın 2019 planı...


Ermənistandakı “məxməri inqilab”dan 8 ay ötsə də, baş nazir əvəzi Nikol Paşinyan hələ də özünü Moskvaya, şəxsən Vladimir Putinə sevdirə, onun etimadını qazana bilməyib. Paşinyan eyni zamanda Kreml üçün “bağlı boğça” olaraq qalır. Hərçənd Putin ötən müddətdə onu bir neçə dəfə “dişə vurmağa” macal tapıb.

Ötən ilin sonunda Moskvada baş tutan görüşdən sonra Rusiyanın Ermənistana satdığı qazı az da olsa bahalaşdırması göstərdi ki, Kreml rəhbərinin Nikola etimadı, hüsn-rəğbəti yoxdur, Moskva, sadəcə, erməni rəhbərini yüyəndə saxlamağa çalışır. Buna nə dərəcədə nail olacağı isə təzəcə daxil olduğumuz 2019-cu ildə, lap dəqiqi, birinci 6 ayda məlum olacaq. Bir şey aydındır ki, təzə ildə Ermənistan və onun rəhbərliyi Rusiya xarici siyasətinin və məxfi xidmətinin məxsusi diqqətində olacaq.

*****

Təbii ki, Moskva-İrəvan münasibətlərinin, daha doğrusu, Putin-Paşinyan münasibətlərinin xarakteri Azərbaycan, Bakı-Moskva əlaqələri üçün xüsusi əhəmiyyətdədir. Ən azı ona görə ki, üç ölkəni bir-birinə güclü şəkildə bağlayan “ortaq problem” - Dağlıq Qarabağ məsələsi var.

“Nikol Paşinyanın Moskvaya son səfərindən sonra Kremldə onun haqqında qəti olaraq, ”qeyri-məqbul, çətin tərəfdaş" obrazı yaranıb". “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiyanın “Komemrsant” nəşrində dərc olunmuş dünənki məqalədə deyilir. Nüfuzlu nəşr daxil olduğumuz ildə Rusiyanın Ermənistanla bağlı konkret hansı siyasəti aparacağını təhlil etməyə çalışıb.

Məqalə müəllifi, tanınmış ekspert Vladimir Solovyev hesab edir ki, 2019-cu ildə Moskvanın İrəvanla münasibətləri zəmanətli şəkildə yeni qalmaqallar doğuracaq və bu il qalmaqallarla zəngin olacaq. Müəllif bunun üçün artıq kifayət qədər əsas və arqumentin olduğunu bildirir. O sırada o, Paşinyanın öz komandasını bütünlüklə qərbyönlü kadrlardan təşkil etməsinə, KTMT baş katibi, Rusiyanın adamı olan general Yuri Xaçaturova qarşı Moskvadan iznsiz cinayət işi açaraq onu geri çağırması və bununla da qurumun imicinə ciddi zərbə vurmasına, Putinin şəxsi dostu, eks-prezident Robert Köçəryanı həbsə atmasına diqqət yönəldir.

Rusiyanın xarici siyasətində erməni istiqaməti ilə məşğul olan yüksək çinli məmurlardan biri isə Nikol Paşinyanı “Kommersant”a belə xarakterizə edib: “O, sistem adamı, dövlət xadimi deyil və çoxlu ”odun doğrayıb". Eyni zamanda dövlətlərarası əlaqələrə bazar elementləri gətirmək istəyir. Narahatlıq doğuran həmçinin Ermənistanda Paşinyanın şəxsi hakimiyyətinin formalaşmaqda olmasıdır. Nədən ki, Aleksandr Lukaşenko və ya Nursultan Nazarbayevdən fərqli olaraq, Paşinyan proqnozlaşdırılan adam deyil".

Məqalənin sonunda İrəvanla Moskva arasında qəliz münasibətlərin daha bir təzahürü kimi Rusiya prezidenti Putinin Nikol Paşinyanın qatı düşməni Robert Köçəryana şəxsən Yeni il təbriki göndərməsi və ona “cansağlığı, dəyanət və iradə möhkəmliyi” arzulaması qeyd olunur.

*****

Bu təbrikin özü, ardınca isə Ermənistana satılan qazın bahalaşdırılması əslində Paşinyana aydın ismarışdır ki, Putinin ondan “gözü su içmir”. Eyni zamanda bu, Kremin 2019-cu ildə İrəvana istənilən sürprizi etməyə hazır olmasının anonsudur. Söhbət əlbəttə ki, həm də Qarabağ istiqamətində gözləntilərdın gedir.

Yeri gəlmişkən, az öncə tanınmış amerikalı analitik, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, Vaşinqtonda yerləşən Dünya Siyasəti İnstitutunun professoru Pol Qobl Qarabağla bağlı gözləntilərdən danışarkən demişdi ki, Azərbaycan-Ermənistan münaqişəsi üçün 2018-ci il sakit keçsə də, 2019-cu ildə Rusiya bölgədə söz sahibi olduğunu tərəflərə sübut etmək üçün onları yeni toqquşmalara təhrik edə bilər. Qoblun qənaətincə, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil, çünki bu zaman həm Bakı, həm də İrəvana təsir imkanlarını itirə bilər.

Belə görünür, Qarabağda hərbi toqquşma Moskvaya ən əvvəl sözə baxmayan, proqnoz edilməyən Nikol Paşinyana öz yerini göstərmək və onun Qərbə sarı boylanmasını əngəlləmək üçün gərək ola bilər. Kremlin maraqları öz yerində, Azərbaycan təbii ki, situasiyadan öz maraqları naminə, ələlxüsus, işğal altındakı ərazilərin daha bir qisminin azad edilməsi üçün fürsət kimi baxacağı şübhə doğurmur.

*****

ABŞ-ın Qarabağda müharibə xəbərdarlığına gəlincə, əlbəttə ki, Vaşinqton Rusiyanın bu yolla münaqişə tərəflərinə təsir imkanlarını saxlamasına qarşıdır. Vaşinqton, ümumiyyətlə, konfliktin həllində ciddi irəliləyiş hesabına Ermənistanla iki mühüm qonşu - Azərbaycan və Türkiyə arasında sərhədlərin, kommunikasiyaların açılmasını istəyir. Çünki o halda Moskvanın münaqişə tərəflərinə təsiri minimuma enəcək, Kreml həll edilməmiş Qarabağ ixtilafı hesabına bölgədə manipulyasiya edib möhkəmlənə bilməyəcək.

Təsadüfi deyil ki, ötən ilin oktyabrında İrəvanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanın yeni rəhbərinə açıq mətnlə məsləhət görmüşdü ki, 2019-cu ildə İrəvan Rusiya ilə ənənəvi, tarixi müttəfiqliyə təzədən baxsın və blokada rejimindən qurtulmaq, Türkiyə ilə əlaqələri bərpa eləmək üçün Qarabağ probleminin həllində irəliləyişə nail olsun.

Əslində bu, ABŞ-ın erməni rəhbərliyinə Moskvanın 2019-la bağlı Qarabağ planını pozmağa, Kremlin əlində alət olmamağa, Bakı və Ankara ilə birbaşa, Moskvasız dialoqa bir çağırış idi. Qalır, onun ciddiyə alınıb-alınmayacağı...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar

    Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda ...

    15-12-2018, 10:53

  • 
  • “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş obrazı yaranıb” – “Kommersant”

    “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş ...

    9-01-2019, 13:20

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20

  • 
  • Vladimir Putinlə Nikol Paşinyan arasında görüş keçirilib

    Vladimir Putinlə Nikol Paşinyan arasında görüş ...

    27-12-2018, 19:26

  • 
  • Paşinyan məşhur terrorçuya vətəndaşlıq verdi

    Paşinyan məşhur terrorçuya vətəndaşlıq verdi ...

    23-11-2018, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu