“Moskvada Nikol Paşinyanın etbarsız tərəfdaş obrazı yaranıb və ondan istənilən əməl gözlənilir”.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu, “Kommersant” qəzetinin yanvarın 9-u tarixli sayındakı məqalədə yazılıb.
Yazıda bildirilib ki, kəskinlik dərəcələrinə uyğun olaraq keçmiş sovet məkanında Kremlin hər ölkə ilə müxtəlif münaqişəsi var. Qəzet bildirib ki, 2019-cu ildə 5 ölkə – Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə yeni qalmaqal yaradılacaq.
“Kommersant” yazıb ki, Rusiya 2018-ci ildə Ermənistanda baş verən hadisələri ehtiyatla izləyib.
Qəzet Nikol Paşinyanın ziddiyyətli bəyanatlarından, Qərbin Yerevanda baş verənləri alqışlamasından da bəhs edib.
“Kreml üçün yad olmayan, Rusiya Prezidenti Vladimir Putinin dostu, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturova qarşı ittihamlar irəli sürüldü. Bu istintaq Rusiya ilə ciddi qarşıdurmaya səbəb olub. Moskva bunu KTMT-nin nüfuzuna böyük zərbə hesab edib…
… Cənab Vladimir Putinin Nikol Paşinyanın ən qatı siyasi düşməni Robert Koçaryana Yeni il təbriki göndərməsi münasibətlərdə yaranmış gərginliyi təsdiqləyir”, – deyə qəzetdə vurğulanıb.
Qeyd edək ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 2018-ci il dekabrın 27-də Moskvada səfərdə olub.//REPORT
Sorğu
Yeni dizaynımız necədir?