GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mariya Zaxarova kimin dili ilə Azərbaycanı hədələyir? - TƏHLİL

Mariya Zaxarova kimin dili ilə Azərbaycanı hədələyir? - TƏHLİL

Tarix: 14-01-2019, 11:43 Bölmə :Siyasət Baxış: 358
Mariya Zaxarova kimin dili ilə Azərbaycanı hədələyir? - TƏHLİL


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yenə də erməni təəssübkeşliyini nümayiş etdirib, növbəti dəfə Azərbaycana qarşı bəyanat verib. Xəbər verildiyi kimi, ötən həftəsonu o, keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından danışıb və ölkəmizi ittiham edib.

Zaxarovanın bu açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva sərt cavab verib. L.Abdullayeva Azərbaycanın hər zaman Rusiya vətəndaşları üçün açıq olduğunu xatırladıb: “Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır və bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib, bir milyondan artıq insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin 1992-ci 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sözügedən qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur. Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir. Azərbaycan və Rusiya prezidentləri səviyyəsində keçirilmiş çoxsaylı görüşlərdə Azərbaycanın bu istiqamətdə fəaliyyət və səyləri Rusiya tərəfindən yüksək qiymətləndirilir.

Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisələri vardır. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar. Azərbaycan hər zaman Rusiya vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun göstərilən məsələlər ilə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb”.

XİN sözçüsü təəssüflə bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatla çıxış etməsi ilk dəfə deyil: “RF XİN mətbuat katibi bəyan edib ki, ”Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir". Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir. Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək".

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Mariya Zaxarovanın erməni millətindən olan Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına görə bəyanatı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd fikirlərdən ibarətdir: “Görünür, Azərbaycanla Rusiya arasında münasibətlərin getdikcə daha da yaxınlaşması Rusiyanın diplomatiya idarəsindən daha çox, ermənilərin kök saldığı, onların maraqlarının müdafiəçisi kimi çıxış edən Rusiya XİN-də bəzi şəxslər arasında narahatlıq yaradıb. Hesab edirəm ki, Zaxarovanın bu sözlərini Vladimir Putinin deyil, Sergey Lavrovun və XİN-də kök atmış ermənilərin istədiyi mövqedir”.

Politoloq vuğuladı ki, Azərbaycan suveren dövlət kimi öz ərazisinə əcnəbi vətəndaşları buraxıb-buraxmamaq hüququna malikdir: “Konkret olaraq erməni millətindən olan şəxsin ölkəyə daxil olmasına icazə verilməzsə, bunun bir sıra, o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən səbəbləri ola bilər. Azərbaycan suveren dövlətdir və heç kəsin buna görə ölkəmizi tənqid etmək və ya irad bildirməyə ixtiyarı yoxdur. Dövlət sərhədindən keçidə icazənin verilib-verilməməsi hər bir ölkənin öz hüququdur. Üstəlik, söhbət erməni soyadı daşıyan şəxslərdən gedirsə, bunu anlamaq çətin deyil. Çünki biz 30 ilə yaxındır Ermənistanla müharibə şəraitindəyik. Ermənistan Azərbaycan torpaqlarını hələ də işğalda saxlayır, hər gün atəşkəsi pozur. İndiyə qədər Azərbaycana qarşı çoxsaylı terror-təxribat fəaliyyəti də olub və onları çox zaman Rusiyada yaşayan ermənilər törədib. Zaxarova və onu danışdıranlar bunları unutmamalıdırlar. Digər tərəfdən, Azərbaycanda indi də minlərlə erməninin yaşadığını, eyni zamanda beynəlxalq idman, siyasi, mədəni tədbirlər zamanı ermənilin buraya gəldiklərini nəzərə alsınlar. Elə Zaxarovanın özünün də ötən il iştirak etdiyi ”Jara" festivalında erməni qarışığı olan müğənni Zaranın buraya gəlməsi Rusiya XİN sözçüsünün dediklərini təkzib edir".

Məmmədova bildirdi ki, Mariya Zaxarova Rusiya vətəndaşlarının qayğısına qalırsa, o zaman 5 ilə yaxındır ermənilərin girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad olunmasına çağırış etsin.

Politoloq Əhəd Məmmədli isə qeyd etdi ki, Rusiya XİN-də ermənilər həmişə azərbaycanlılardan güclü olub: “Mariya Zaxarova da orada ermənilərin adamı kimi tanınır. Ermənilərin Rusiyada bir nömrəli adamı bir tərəfi erməni olan xarici işlər naziri Sergey Lavrovdur. Lavrov Putin iqtidarının əsas simalarındandır. Zaxarovanın da Lavrovla çox isti münasibətləri var. Ona görə hələ Zaxarova çox anti-Azərbaycan bəyanatlarını verəcək. O, Lavrovun demək istədiklərini deyir. Amma bu, o demək deyil ki, bütün bunlardan Putinin xəbəri yoxdur”.//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda Mariya Zaxarovanın iştirakı ilə Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr keçirilir

    Bakıda Mariya Zaxarovanın iştirakı ilə Azərbaycan ...

    27-07-2018, 11:00

  • 
  • Rusiya vətəndaşları Azərbaycandan çıxarılıb

    Rusiya vətəndaşları Azərbaycandan çıxarılıb ...

    12-01-2019, 15:58

  • 
  • Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"

    Mariya Zaxarova: "Sergey Lavrov Bakıda ...

    13-12-2018, 15:09

  • 
  • Zaxarova: "Mən beynəlxalq siyasi vəziyyətdən asılı olmayaraq rəqs edirəm"

    Zaxarova: "Mən beynəlxalq siyasi vəziyyətdən ...

    22-01-2017, 00:03

  • 
  • Rusiya XİN-dən Qarabağ açıqlaması

    Rusiya XİN-dən Qarabağ açıqlaması ...

    23-08-2018, 21:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (294)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu