APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə deyib.
Jurnalistin "Ötən il beynəlxalq siyasi vəziyyətə uyğun olaraq "Kalinka" rəqsini etdiniz. Bu il hansı rəqsi etməyi planlaşdırırsınız" sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Mən beynəlxalq siyasi vəziyyətdən asılı olmayaraq rəqs edirəm".
Qorbaçov Vilnüs hadisələrinə görə məhkəməyə çağırıldı Litva paytaxtı Vilnüsün dairə məhkəməsi keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova 1991-ci il yanvarın 13-də törədilən hadisə ilə bağlı çağırış təqdim edib. Bu barədə hakim Aynora Korneliya Matsyaviçene məlumat verib. Onun sözlərinə görə, çağırış poçt vasitəsilə Qorbaçov Fondunun ünvanına göndərilib. Qeyd edək ki, 1991-ci il yanvarın 13-də gecə saatlarında sovet ordusunun hərbi texnikası Vilnüsün mərkəzinə yeridilmişdi. Nəticədə 14 nəfər ölmüş, 600-dən çox insan yaralanmışdı. Onu da xatırladaq ki, 1990-cı il yanvarın 19-20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar nəticəsində 133 nəfər şəhid olub, 744 nəfər isə yaralanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?