GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident struktur islahatlarının anonsunu verdi: Hansı nazirliklər və komitələr ləğv ediləcək?

Prezident struktur islahatlarının anonsunu verdi: Hansı nazirliklər və komitələr ləğv ediləcək?

Tarix: 14-01-2019, 14:14 Bölmə :Siyasət Baxış: 392
Prezident struktur islahatlarının anonsunu verdi: Hansı nazirliklər və komitələr ləğv ediləcək?


Xeyli sayda qurumun ləğv edilərək bir nazirlikdə birləşdirilməsi haqda təkliflər var...

Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir.


Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons verib. Prezident daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını bildirib: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Ölkəmizdə dövlət idarəetməsində hansı struktur islahatlarına, hansı qurumların birləşdirilməsinə və ya ləğvinə ehtiyac olması ilə bağlı ekspertlərin də maraqlı yanaşması və təklifləri var.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a mövzunu şərh edərkən deyib ki, dövlət başçısının söylədiyi fikirləri tam dəstəkləyir: “Bizim hazırkı idarəçilik strukturu ölkə başçısının da dediyi kimi, günün tələblərinə, standartlara cavab vermir. Azərbaycan kiçik bir ölkədir, burada bu qədər bir-birini təkrarlayan, təxminən eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının olmasına ehtiyac yoxdur. Dövlət başçısı da vurğulayır ki, daha çevik və effektiv idarəçilik qurulmalıdır. Nazirliklərin, komitələrin və agentliklərin sayı azaldılmalıdır. Xarici təcrübədə də bu cür qurumların sayı azdır”.

Ekspertin fikrincə, dövlətin ən vacib strukturu olan maliyyə blokunda bir neçə oxşar strukturları Maliyyə Nazirliyinin tərkibində birləşdirmək lazımdı: “Həmin qurumlar Maliyyə Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərsələr, daha məqsədə uyğun olar. Dövlət Sosial Müdafiə Fondunu da ya Maliyyə Nazirliyinin tərkibinə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə birləşdirmək mümkündür”.

Ə.Həsənovun fikrincə, Dövlət Neft Fondunu Mərkəzi Bankın tərkibinə vermək lazımdı: “Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri də var, ancaq faktiki Neft Fondunun gördüyü işi də görür. Bu baxımdan Neft Fondunu ləğv edib onun aktivlərinin idarəedilməsini Mərkəzi Banka vermək olar”.
“Bu cür paralel strukturların olması dövlət büdcəsinin xərclərinə necə təsir edir” sualına gəlincə, müsahibimiz bildirdi ki, ilk növbədə bu qurumların hər birinin inzibati binası və onun saxlanılma xərcləri var: “Bundan əlavə, hər qurumda kadrlar idarəsi, hüquq idarəsi, mətbuat xidməti, xarici səfərlər, ezamiyyə xərcləri və sair var ki, bütün bunlar lazımsızdır. Diasporla İş üzrə Dövlət Komitəsini də Xarici İşlər Nazirliyinə vermək lazımdır. Azərbaycan o qədər böyük ölkə deyil ki, ona xarici siyasətdə bir neçə qurum lazım olsun. Bu komitə Xarici İşlər Nazirliyinin bir departamenti ola bilər. Onsuz da bizim hər bir ölkədə səfirliyimiz var. Təsəvvür edin ki, ABŞ kimi böyük ölkənin belə bir komitəsi yoxdur. Xarici İşlər Nazirliyi bütün bu işləri həyata keçirir. İki istiqamətdə hərəsi öz xətti ilə xarici ölkələri gəzirlər, onların illik aviaxərclərini, ezamiyyət xərclərini ixtisar eləsək, dövlət büdcəsinə faydalı olar”.

Əkrəm Həsənov deyir ki, iqtisadi blokda 3 nazirlik var ki, hər biri iqtisadiyyatla məşğuldur: “İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyi. Bunların hamısını İqtisadiyyat Nazirliyində birləşdirmək daha məqbuldur”.

“Ancaq qeyd etdiyiniz nazirliklərdə çox uğurlu kadrlar var” fikrinə Ə.Həsənov belə cavab verdi: “Bəli, mən xüsusi vurğulamaq istəyirəm ki, burada söhbət kadrlardan, yəni nazirlərdən getmir. Məsələn, kənd təsərrüfatı naziri haqqında çox yüksək fikirdəyəm. Hesab edirəm ki, belə bir birləşdirilmiş nazirliyə məhz o, daha çox layiqdir. Demək istədiyim odur ki, adını çəkdiyim bütün nazirliklərdə söhbət nazirdən deyil, strukturdan gedir. Birləşdirilmiş nazirliyə kimin başçılıq edəcəyi başqa bir mövzudur. Bu, ölkə prezidentinin səlahiyyətində olan bir məsələdir. Sadəcə biz ekspert kimi təkliflərimizi səsləndiririk. İqtisadiyyat Nazirliyinə hətta Dövlət Əmlak Komitəsini də birləşdirmək olar. Vaxtilə Əmlak Komitəsi elə İqtisadiyyat Nazirliyinin tərkibində idi”.

Ekspert bildirir ki, dövlət ali məktəbləri də həddindən artıq çoxdur: “Hər bir nazirliyin nəzdində özünün ali məktəbi var. Neftlə bağlı həm Neft Akademiyası, həm də Ali Neft Məktəbi var. Hamısı dövlət üçün əlavə xərcdir. Bunları birləşdirmək lazımdır. Hər dövlət orqanının nəzdində ayrıca ali məktəbə ehtiyac yoxdur”.

Ə.Həsənovun fikrincə, Ombudsman Aparatı özünü doğrultmayan bir dövlət qurumu kimi ləğv edilməlidir, çünki heç bir fəaliyyəti yoxdur: “Əgər məhkəmə sistemini möhkəmləndirsək, Ombudsmana da ehtiyac olmaz. Bu da dövlət üçün əlavə xərcdir”.

Əkrəm Həsənov struktur islahatlarının bir qolu kimi “Azərişıq”, “Azəriqaz”, “Azərsu” kimi qurumların özəlləşdirilməsinə münasibət bildirərkən deyib ki, bu sektorda da özəlləşdirməyə ehtiyac var: “Beynəlxalq təcrübə belədir ki, su, qaz, işıq və sairin istehlakçıya çatdırılması ilə özəl şirkətlər məşğul olmalıdırlar. Doğrudur, neftin, qazın, elektrikin istehsalı ilə dövlət şirkətləri məşğul olurlar. ”Azərenerji", Dövlət Neft Şirkəti və sair, bu, normaldır. Ancaq onu istehlakçıya özləri satmamalıdırlar. Çünki kommunal xidmətlərin satışı ilə məşğul olan qurumlar dövlət büdcəsi üçün çox böyük yükdür və burada effektiv idarəetmə yoxdur. Xarici təcrübə artıq bunu göstərir ki, kommersiya mahiyyəti olan qurumlar dövlət qurumu kimi fəaliyyət göstərəndə orada daim yeyinti, israfçılıq olur. Çünki rəhbərlik ona öz malı kimi baxmır. Ancaq bu özəlləşdirmə prosesi ikinci mərhələdə həyata keçirilməlidir. Bütün bu islahatları eyni vaxtda aparmaq dövlət idarəetməsi üçün problem yarada bilər".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev 2108-ci ili uğurlu adlandırıb

    İlham Əliyev 2108-ci ili uğurlu adlandırıb ...

    12-01-2019, 11:06

  • 
  • İlham Əliyevdən böyük islahat dalğası: İcra hakimiyyətləri ləğv oluna bilər - "Oliqarx- qubernator"ların sonu...

    İlham Əliyevdən böyük islahat dalğası: İcra ...

    12-01-2016, 21:10

  • 
  • Yeni vergi nazirindən TOTAL TƏMİZLƏMƏ - 64 vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilib

    Yeni vergi nazirindən TOTAL TƏMİZLƏMƏ - 64 vergi ...

    9-01-2018, 15:30

  • 
  • Ramiz Mehdiyevdən məmurlara mesaj: “Çemodanlarını hazırlasınlar”

    Ramiz Mehdiyevdən məmurlara mesaj: “Çemodanlarını ...

    17-04-2018, 10:48

  • 
  • Heydər Əsədov: “Nazirlikdə qlobal dəyişikliklər ediləcək”

    Heydər Əsədov: “Nazirlikdə qlobal dəyişikliklər ...

    6-02-2014, 12:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu