Azərbaycanda keçirilən prezident seçkilərinin təşkili üçün nə qədər vəsait ayrılması xüsusi maraq doğurur.
Məlum olub ki, ötən il Milli Məclisdə qəbul edilmiş dövlət büdcəsindən builki prezident seçkisinə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılıb. Bu xərclər müxtəlif istiqamətlər üzrə ( o cümlədən, əməyin ödənişi üçün 10 339 450 manat, əməkhaqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün) ayrılıb.
2013-cü ilin prezident seçkisi müstəqil Azərbaycanın tarixində “ən bahalı seçkidir”. Qeyd edək ki, 2008-ci ildə büdcədən prezident seçkilərinə ayrılan məbləğ ümumilikdə 21,7 milyon manat olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?