GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » BAKIDA TİKİNTİ İLƏ BAĞLI YENİ QURUM YARADILDI - Baş nazirdən ilginc qərar

BAKIDA TİKİNTİ İLƏ BAĞLI YENİ QURUM YARADILDI - Baş nazirdən ilginc qərar

Tarix: 6-02-2019, 11:09 Bölmə :Siyasət Baxış: 759
BAKIDA TİKİNTİ İLƏ BAĞLI YENİ QURUM YARADILDI - Baş nazirdən ilginc qərar


Bir neçə ay əvvəl Bakı meriyasından alınan idarənin əvəzində niyə yeni MMC yaradıldı?

Son aylar paytaxt Bakının tikinti sektorunda ciddi böhran yarandığı barədə xəbərlər intensivləşib. İddia olunur ki, böhranın əsas səbəbi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin son 6 ayda tikinti şirkətlərinin layihələrinin böyük əksəriyyətini təsdiqləməməsi və ya hansısa səbəbdən geri qaytarmasıdır.

Parlamentin son iclasında isə deputat Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədri Samir Nuriyevin fəaliyyətini sərt tənqid edib. “Biz onu alqışladıq ki, cavan oğlandı işləyəcək, Bakı şəhərinin gözəlləşməsinə öz töhfəsini verəcək. O isə gələn kimi bütün tikintiləri dayandırdı. Bu gün Bakı şəhərində xeyli tikinti işləri dayandırılıb. Regionlardan paytaxt Bakıya fəhləliyə axışan insanların çoxu işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini düşünürmü?” deyə, deputat bildirib.

Deputatdeyib ki, ölkə prezidentinin siyasətinin əsas məqsədi işsizlik probleminin aradan qaldırılmaqdır:“Bununla bağlı ciddi layihələr həyata keçirilir. Amma bu şəxs 1 ilə yaxındır ki, Bakıda tikintini dayandırıb. Bu gün insanlar arasında ciddi narazılıqlar var”.

Komitə isə ötən ilin aprelindən Bakıda tikinti işlərinin dayandırıldığı, 50 min insanın işsiz qaldığı barədə iddianı təkzib edib.

“Sözügedən iddialar həqiqətə uyğun deyil və tamamilə əsassızdır” deyə, komitədən bakupost.az-a bildirilib. Dövlət Komitəsi onu də bildirib ki, görülən işlərlə bağlı mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını davam edəcək.

Fevralın 5-də isə Bakıdakı tikinti məsələsi ilə bağlı çox diqqətçəkən bir sərəncam verilib. “Trend”in məlumatına görə, baş nazir Novruz Məmmədovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılması barədə qərar imzalayıb.

Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bakıdakı tikintində yaranmış böhranla bağlı iddialar fonunda bu qərarın verilməsi əlbəttə ki, diqqətə layiqdir. Çünki ötən ilin avqustunda dövlət başçısının fərmanı ilə Bakıda tikinti sahəsinin vəziyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Eyni zamanda fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi komitəyə həvalə olunub.

“AzPolitika.info” xatırladır ki, prezident ötən ilin dekabr ayının 28-də də “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman da imzalamışdı. Bildirilirdi ki, bu fərman məhz iş adamlarının narazılıqlarını aradan qaldırmaq, komitənin fəaliyyətini çərçivəyə salmaq məqsədi daşıyır. Çünki yeni qaydalar tikintiyə icazə ilə bağlı daha çevik mexanizmi nəzərdə tutur. Belə ki, tikintiyə icazə verən orqan 2 iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim etməli və ya sifarişli poçt göndərişi vasitəsilə göndərməlidir.


Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu baxımından Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 iş günü müddətində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.

Yəni icazə verən orqan sənədlərin tamlığını yoxlama müddəti daxil olmaqla, 15 iş günü müddətində tikintiyə icazə verməli və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir.

“Ancaq iş adamlarından daxil olan məlumatlar göstərir ki, yeni qaydalar təsdiq olunduqdan sonra da bu sahədə hər hansı dəyişiklik olmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə icazə və ya rəy almaq üçün göndərilən layihələrə hər hansı cavab verilmir. Bu da tikinti şirkətlərinin sektordakı fəaliyyətini dondurmasına , hökumətin bu sahəni canlandırmaqla bağlı planlarının reallaşmamasına səbəb olur” deyə, azpolitika.az saytında bu günlərdə dərc olunan məqalədə deyilir. Sayt iddia edir ki, narazılıqlar ölkə başçısına da çatdırılıb və komitə sədrinə xəbərdarlıq edilib.

Deputat da daxil komitəyə ünvanlanmış bu tənqidlərdən sonra baş nazirin Bakı Şəhər İcra Hakimiyyətində yenidən tikintiyə məsul olan yeni qurum yaratması bu sahədə problemlərin olması barədə iddiaları təsdiqləyir. Belə görünür ki, hökumət Bakı kimi iri şəhərdə tikintiylə bağlı komitənin üzərinə qoyulan iş yükünü azaltmaq istəyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MİLLİ MƏCLİSDƏ “QOCA-CAVAN “ AYRI-SEÇKİLİYİ

    MİLLİ MƏCLİSDƏ “QOCA-CAVAN “ AYRI-SEÇKİLİYİ ...

    5-02-2019, 14:10

  • 
  • Vəzifəli şəxslər barəsində cinayət işi başlanıb

    Vəzifəli şəxslər barəsində cinayət işi başlanıb ...

    11-12-2018, 13:57

  • 
  • Bakıda 16 mərtəbəli yaşayış binasının icazəsiz tikintisi dayandırıldı

    Bakıda 16 mərtəbəli yaşayış binasının icazəsiz ...

    20-06-2018, 11:23

  • 
  • İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini əlindən aldı

    İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin ...

    2-08-2018, 12:01

  • 
  • Arxitektura Komitəsi icra hakimiyyətlərini ittiham etdi

    Arxitektura Komitəsi icra hakimiyyətlərini ...

    11-02-2014, 15:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu