GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - TƏHLİL

Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - TƏHLİL

Tarix: 4-03-2019, 12:52 Bölmə :Siyasət Baxış: 512
Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - TƏHLİL


Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ötən həftə sonu İctimai televiziyaya müsahibəsində rəsmi Yerevanın Qarabağ münaqişəsinə dair danışıqlar barədə mövqeyini izah edib.

Gundemxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, Mnatsakanyan baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən bu yana tez-tez səsləndirdiyi tezisi təkrarlayıb. Onun həqiqətən Dağlıq Qarabağın adından danışmaq üçün “mandata malik olmadığını” deyib. Amma bununla belə əlavə edib ki, danışıqlar ötən ilin yayından bəri heç vaxt dayanmayıb və xarici işlər nazirləri bir neçə dəfə görüşüblər. O cümlədən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə üç dəfə qeyri-rəsmi təmasda olub, müzakirələr aparıb.

Xarici işlər nazirinə görə baş nazirə mandatı Ermənistan vətəndaşları parlament seçkiləri vasitəsilə veriblər və o, öz funksiyalarını bu çərçivədə həyata keçirəcək. “O, Ermənistan sakinlərinin adından danışa bilər-Tavuşdan başlamış Sünik vilayətinə qədər...Ancaq reallıq belədir ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağ sakinləri tərəfindən verilmiş mandatı yoxdur”-Mnatsakanyan belə deyib.

Nazir əlavə edib ki, bununla belə Ermənistan “Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı” olaraq qalır. Və status məsələsində əsas məsələ məhz region əhalisinin “fiziki təhlükəsizliyinə” aiddir.

Mnatsakanyan bildirib ki, hazırda danışıqlar hər hansı sənəd, nizamlama variantı üzərində aparılmır. “May ayından başlayaraq biz bir an da olsun danışıqlar prosesini ləngitməmişik”-o deyib. Və Azərbaycan xarici işlər naziri ilə görüşlərinin xronologiyasını xatırladıb. Habelə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilmiş görüşləri vurğulayıb.

Onun sözlərinə görə, erməni tərəfinin bütün bu təmaslarda məqsədi “prosesə qoşulmaq və Ermənistanın yeni hökumətinin malik olduğu yanaşmaları konkretləşdirmək” olub.

“Biz indiyədək bu məntiqə söykənmişik və belə də davam edəcəyik. Münaqişənin dinc yolla nizamlanması istiqamətində məqsədyönlü şəkildə işləyəcəyik. Sülhün alternativini istisna etmək lazımdır, amma bu erməni tərəfinin qətiyyətinin olmadığını mənasını vermir”-nazir bildirib.

Beləliklə, Zöhrab Mnatsakanyan təcrübəli diplomat olsa da baş nazir Nikol Paşinyanın Qarabağa dair populist və absurd mövqeyini əsaslandırmaqda aciz qalıb. Bir tərəfdən o deyir ki, Paşinyan ancaq Ermənistan sakinlərinin adından danışa bilər və Dağlıq Qarabağ ermənilərinin adından danışmaq üçün mandata malik deyil. Lakin digər tərəfdən o, danışıqların “bir an da olsun ləngimədiyini”, Azərbaycan tərəfi ilə həm ölkə rəhbərliyi, həm xarici işlər naziri səviyyəsində müzakirələrin getdiyini deyir. O zaman hər dəfə bir neçə saat çəkən bu müzakirələrdə söhbət nədən gedirdi, ancaq Paşinyanın Dağlıq Qarabağ ermənilərinin adından danışmaq mandatının olmaması barədə?

Axı rəsmi Bakı əvvəlcədən bəyan edib ki, bu yanaşma, yəni Dağlıq Qarabağın danışıqların tərəfi kimi masa arxasına gətirilməsi cəhdləri Yerevanın danışıqlardan imtina etməsi mənasını verir. Deməli, bu populist yanaşma barədə uzun-uzadı, saatlarla danışmağa ehtiyac yox idi və erməni tərəfi Paşinyanın mövqeyindən çıxış edib ümumiyyətlə danışıqlara başlamamalıydı.

Bu baxımdan rəsmi Yerevanın absurd və ziddiyyətli yanaşmalarının hökm sürdüyü bir vaxtda danışıqların nəyə həsr olunduğuna dair suallar yaranır. Xüsusən də Ermənistanda “bir qarış da torpaq qaytarmamaq” prinsipinin artıq Paşinyanın kabinetinin üzvlərinə də sirayət etdiyi bir vaxtda. Xatırladaq ki, ötən həftə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altındakı Füzuli rayonundan bəyan edib ki, “bir qarış da olsun torpaq” qaytarmaqdan söhbət gedə bilməz və Araz boyu ərazilər məskunlaşdırılacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Ermənistan XİN rəsmisi

    İlham Əliyev və Nikol Paşinyan arasında görüş ...

    31-05-2018, 15:34

  • 
  • Nikol Paşinyan İlham Əliyevlə görüşəcəyini açıqladı, amma həmin tezisini yenə təkrarladı

    Nikol Paşinyan İlham Əliyevlə görüşəcəyini ...

    28-02-2019, 11:26

  • 
  • “Mən Qarabağın adından danışa bilmərəm...”

    “Mən Qarabağın adından danışa bilmərəm...” ...

    10-09-2018, 12:32

  • 
  • Nikol Paşinyan Dağlıq Qarabağa dair sualları cavablandırıb

    Nikol Paşinyan Dağlıq Qarabağa dair sualları ...

    20-12-2018, 11:59

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri ...

    14-01-2019, 14:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu