GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyan özünü tələyə saldı - Qarabağ “sürprizi”

Paşinyan özünü tələyə saldı - Qarabağ “sürprizi”

Tarix: 12-03-2019, 10:50 Bölmə :Siyasət Baxış: 342
Paşinyan özünü tələyə saldı - Qarabağ “sürprizi”


Erməni rəhbəri İran səfərinə peşman edildi - İrəvan üçün 3 neqativ sonuc; erməni KİV-i: “Danışıqlardan imtina sülh prosesinin iflası və müharibə deməkdir...”

Ermənistanın baş naziri Nikol Paşinyan hay-küylü İran səfərindən qayıdar-qayıtmaz, naqolay vəziyyətlə üzləşdi. Vəziyyətin birinci mühüm həssaslığı odur ki, erməni icması ilə Tehranda, “Qarabağ Ermənistana məxsusdur və son!” təxribatçı plakatının qaldırıldığı görüşdə N.Paşinyan bir sıra özündən razı bəyanatlar versə də, separatçı rejimi birbaşa danışıqlara qoşmaqla bağlı şərt irəli sürsə də və hətta savaşa əl atacağı təqdirdə Azərbaycanı “dünya erməniliyinin birliyi” ilə hədələsə də, bunların heç biri gözlənilən effekti yaratmadı. Əksinə, əks-effekt verdi.

*****

Əvvəla, Güney Azərbaycanda Paşinyanın İran səfəri və orada verdiyi avantürist açıqlamalar dərhal sərt reaksiya doğurdu, Güneyin aydınlarını, milli-mədəni fəallarını hərəkətə gətirdi. O sırada izdihamlı “Qarabağ Azərbaycanındır və son!” şüarları səsləndi və Tehran rəsmiləri bütün bunları ciddiyə almalı oldular. Maraqlıdır ki, məhz həmin etirazlar fonunda Ermənistanın işğal elədiyi ərazilərin İranla (Güney Azərbaycanla) sərhəd hissəsini möhkəmlətməyə başlaması barədə xəbər yayıldı.

Beləcə, Paşinyanın Tehran səfəri əslində Dağlıq Qarabağ məsələsini bir daha güneylilərin yadına saldı. İrəvanda, üstəlik, haqlı olaraq ehtiyat etməyə başladılar ki, əgər müharibə qızışsa, bu dəfə Güneyin Quzey Azərbaycana dəstəyi qat-qat güclü olacaq.

N.Paşinyanı səfərdən sonra pərt edən ikinci mühüm məqam kimi Azərbaycanın xaric işlər naziri Elmar Məmmədyarovun Paşinyandan az sonra Tehrana daha uğurlu səfər eləməsi sayıla bilər. Belə ki, Azərbaycan XİN rəhbəri ilə görüşdə nə qədər qəribə də olsa, həm İran prezidenti Həsən Ruhani, həm İranın xarici siyasət idarəsinin başçısı Məhəmməd Zərif, həm də İran parlamentinin spikeri Əli Laricani açıq mətnlə bəyan etdilər ki, Dağlıq Qarabağ konflikti Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapmalıdır. Bununla da Paşinyanın ilk rəsmi İran səfərinin nəticəsi, faktiki, sıfırlandı.

Erməni baş nazirinin səfər sonrası üçüncü uğursuzluğu onun Dağlıq Qarabağdakı kriminal rejimi danışıqların üçüncü müstəqil tərəfi kimi Azərbaycana sırımaq istəyinin tam fiasko olması oldu. Ötən həftə Azərbaycanda səfərdə olan ATƏT sədri Bakının bu mövqeyini müdafiə elədi. Ardınca Avropa Birliyinin (AB) yüksək çinli rəsmiləri Brüsseldə baş nazir Nikol Paşinyanla görüşləri zamanı onu pərt edərək, İrəvanın təklifini rədd elədilər və Paşinyana heç bir ön şərt qoymadan prezident İlham Əliyevlə görüşməyə çağırdılar.

Nəhayət, ATƏT sədri və AB yetkililərinin ardınca keçən həftəsonu ATƏT-in Minsk Qrupu həmsədrləri də elan etdilər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatı dəyişdirilə bilməz, birbaşa danışıqlar Azərbaycan və Ermənistan arasında davam etməlidir. Həmsədrlərin açıqlaması həm də onu göstərir ki, danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Vasitəçilər danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad ediblər. Helsinki Yekun Aktına görə isə xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyünə zidd ola bilməz.

*****

“Minsk Qrupu həmsədrlərinin bu bəyanatı Nikol Paşinyan üçün dalan vəziyyəti yaradır”. “Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am erməni portalındakı şərhində Qarnik Gevorkyan yazıb. “Paşinyan danışıqlar prosesinin davam etməsi üçün olduqca yuxarı planka müəyyən eləmişdi - ”arsax"ın (Dağlıq Qarabağın - “YM”) birbaşa danışıqlarda iştirakı. Faktiki, bununla o, sonrakı danışıqlarda iştirakını şərtləndirmişdi. İndi isə həmsədrlər mahiyyət etibarilə Nikol Paşinyanın bu yanaşmasını rədd ediblər. Odur ki, sual ortaya çıxır: Ermənistanın baş naziri özünün irəli sürdüyü şərtlər təmin olunmadan danışıqlar prosesində iştirak edəcəkmi? Belə şərtlərdən imtina etməklə danışıqlara qatılmaq qoyulan hədəfdən imtina demək olacaq. Danışıqlardan imtina isə sülh prosesinin iflasıdır - buradan çıxan bütün xoşagəlməz nəticələrlə birgə", - deyə müəllif qeyd edib.

“Xoşagəlməz nəticə” isə ilk növbədə Ermənistanın səbəbkar olduğu müharibənin qızışması anlamına gəlir. Demək, N.Paşinyan faktiki surətdə, özünü tələyə salıb...

*****

Rusiyanın satelliti olan Ermənistanın və onun siyasi rəhbərliyinin bu arada Qərbə, NATO-ya boylanmaları, Moskvanı qıcıqlandıran ikili oyunları davam edir. Bu da növbəti fakt: Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan dünən bildirib ki, NATO Ermənistanın mühüm tərəfdaşı olaraq qalır. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq bir çox sahələr üzrə effektiv şəkildə davam edir.

“Bizim bir neçə istiqamətimiz var ki, o istiqamətlər üzrə Alyans bizə mütəxəssis tövsiyələri verir. Biz həmçinin NATO ilə sülhməramlı missiyalar çərçivəsində əməkdaşlığı davam etdirəcəyik. Bu missiyalar Alyans üzvü olan ölkələrin silahlı qüvvələri ilə əməkdaşlıq imkanlarının səviyyəsini qaldıracaq”, - deyə o, əlavə edib.

Az öncə Ermənistanın xarici işlər nazirinin müavini Qriqor Hovanisyan İsraildə Ermənistan səfirliyinin açılması üçün hazırlıqlara start vermək istədiklərini söyləmişdi.

Aydındır ki, əsas hədəf İsraildən silah-sursat almaq olmasa da (buna Ermənistanın imkanı yoxdur və heç Rusiya da qoymaz) heç olmasa, dinamik inkişafda olan Azərbaycan-İsrail strateji əməkdaşlığına xələl gətirməkdir. Amma xam xəyaldır. Həm də o səbəbə ki, İsrailin özü buna imkan verməz. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan yəhudi dövləti üçün çox böyük dəyərdədir. Söhbət təkcə silah ticarətindən getmir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar

    Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda ...

    15-12-2018, 10:53

  • 
  • Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib

    Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib ...

    2-11-2018, 12:46

  • 
  • Paşinyan İrana gedəcək

    Paşinyan İrana gedəcək ...

    1-02-2019, 10:41

  • 
  • Nikol Qarabağ separatçısına qarşı ilk açıq bəyanatını verdi

    Nikol Qarabağ separatçısına qarşı ilk açıq ...

    29-11-2018, 14:44

  • 
  • Paşinyan Çəmbərəkdən Qarabağ separatçılarını hədələdi

    Paşinyan Çəmbərəkdən Qarabağ separatçılarını ...

    30-11-2018, 11:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu