Pekində ikinci “Bir yol, bir qurşaq” forumu aprelin 25-də start götürəcək.
Bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van İ deyib.
O, konfransda 37 ölkə liderinin iştirak edəcəyini bildirib. Çinin baş diplomatı foruma qatılacaq liderlər arasında Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Azərbaycan, Belarus, Çexiya, Misir, Yunanıstan, Macarıstan, İtaliya, Monqolustan, Filippin, Serbiya, Sinqapur, Tacikistan, Tayland, BƏƏ liderlərinin də olacağını söyləyib. Van İ konfransa həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və BMT Baş katibi Antonio Quterreşin də qatılacağını deyib.
Qeyd edək ki, “Bir yol, bir qurşaq” forumu ilk dəfə 2017-ci ilin mayında Pekində baş tutmuşdu. O zaman konfransa 29 lider qatılmışdı. //axar.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?