GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı ictimai dinləmələr keçirilib

Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı ictimai dinləmələr keçirilib

Tarix: 19-04-2019, 13:17 Bölmə :Siyasət Baxış: 534
Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı ictimai dinləmələr keçirilib


Dinləmələrdə siyasi partiya liderləri, QHT və media təmsilçiləri iştirak edib

Avropa İttifaqı ilə saziş imzalananadək Azərbaycanda siyasi məhbuslar olmamalı, insan hüquq və azadlıqları, o cümlədən mətbuat, toplaşmaq azadlığı təmin edilməli, vətəndaş cəmiyyəti institutu bərpa edilməli, azad məhkəmələr yaradılmalıdır. Sazişdə Azərbaycanın ərazi bütövlüyü məsələsi Ukrayna, Gürcüstan, Moldova ilə sazişdə olduğu kimi əksini tapmalıdır.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə aprelin 18-də “Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair” ictimai dinləmələr zamanı çıxışların əsas leytmotivi belə olub.

Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı ictimai dinləmələr keçirilib
Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı ictimai dinləmələr keçirilib
Dinləmələrdə çoxsaylı müxalifət partiyalarının rəhbərləri, QHT və media təmsilçiləri iştirak edib. Forumu həmçinin xarici diplomatik missiyaların, o cümlədən Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin təmsilçiləri müşahidə edib.

Forum iştirakçıları birmənalı şəkildə Azərbaycanın Avropa İttifaqına inteqrasiyasının tərfədarıdır. Amma imzalanacaq saziş layihəsi cəmiyyət üçün açıq olmalı və cəmiyyətin maraqlarını əks etdirməlidir.

Xəqani Cəfərli: Azərbaycan hökuməti Rusiya dəyərlərini təbliğ edir

“Hazırda saziş Azərbaycan cəmiyyəti üçün açıq deyil. Biz hesab edirik ki, saziş layihəsi Azərbaycan hökumətinin maraqlarını əks etdirir. Separatçı sənəddir və gizli şəraitdə hazırlanıb. Azərbaycan cəmiyyəti sazişin hazırlanmasında iştirak etməyib,” beynəlxaq münasibətlər üzrə ekspert Xəqani Cəfərli məruzəsində deyib.

Ekspertin fikrincə, Azərbaycan hökumətinin apardığı siyasət Avropa dəyərlərinə cavab vermir.

“Avropa İttifaqı ilə imzalanacaq saziş bizim cəmiyyətin Avropa dəyərlərinə inteqrasiyasını nəzərdə tutur. Avropanın dili ingilis, fransız, alman, ispan, italyan dilləridir. Amma Azərbaycanda 340 rusdilli məktəb var. Hökumətdən soruşun, görək, neçə ingilis, alman, fransız, ispandilli məktəb açıb. Azərbaycan hökuməti Rusiyaya inteqrasiya yolunu tutub, Rusiya dəyərlərini təbliğ edir. Amma bizim qurucu babalarımız hələ iyirminci əsrin əvvəllərində Avropaya inteqrasiya yolunu seçib,” ekspert qeyd edib.

Dinləmələr zamanı Azərbaycan xalqının Avropa Birliyi ilə sazişə münasibət bildirməsinin vacib olduğu diqqətə gətirilib. Çünki Azərbaycan iqtidarı bu sazişlə hakimiyyətinin ömrünü uzatmağa çalışır.

“Ukrayna hökumətinin inteqrasiyaya razılıq verməməsi inqilabla nəticələndi. Gürcü xalqı isə referendumla münasibətini bildirdi. Azərbaycan xalqı da sazişə münsasibət bildirməlidir,” Cəfərli deyib.

Keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, cəmiyyətdə sazişin separat danışıqlar əsasında hazırlandığı barədə şübhələr var.

Pənah Hüseyn: Saziş layihəsinə şübhələr var

“Bu səbəbdən saziş layihəsi cəmiyyət üçün açıq olmalıdır. Şübhələr var ki, saziş layihəsində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ Şərq Tərəfdaşlığının digər 4 üzvü ilə imzalanan sazişlərdən fərqlidir,” o qeyd edib.

REAL Partiyasının sədri İlqar Məmmədov daha sərt çıxış edib. Onun fikrincə, indiki hökumət xalqın maraqlarına xidmət edən saziş imzalaya bilməz.

İlqar Məmmədov: Sazişi İlham Əliyev hökuməti deyil başqa hökumət imzalamalıdır

“Bu sənəd Avropa İttifaqının deyil, Azərbaycan hökumətinin seçimidir. Biz Azərbaycanın hazırladığı, məzmunu məlum olmayan sənəd ətrafında danışırıq,” o qeyd edib.

O, REAL Partiyasının imzalanacaq sənədlə bağlı mövqeyindən danışarkən deyib ki, sənədi İlham Əliyev hökuməti deyil, başqa hökumət imzalamalıdır.

“Biz istəyirik ki, İlham Əliyev hökuməti getsin. Biz istəyirik ki, İlham Əliyev hökumətini bu seçkilərdə yola salaq. Hakimiyyət tamamilə dəyişməlidir. Sazişi yeni hakimiyyətə gələcək hökumət imzlamalıdır ,” Məmmədov bəyan edib.

REAL lideri bəzi siyasi partiyaların onunla bağlı tənqidlərini qəbul etmir.

“Bəzi siyasi partiyalar qeyri-peşəkar mövqedən, sanki QHT mövqeyindən çıxış edir. Əvvəla saziş tamamlanmalıdır. Azərbaycan hakimiyyəti deyir ki, sazişin 90 faizi razılaşdırılıb. Qalan 10 faizin nə vaxtadək razılaşdırılacağı məlum deyil. Qarabağ münaqişəsində də neçə illərdir belə deyirlər. Saziş tamamlanandan sonra Avropa İttifaqına üzv dövlətlərin qanunvericiliyinə uyğunluğu öyrəniləcək. Avropa Parlamenti qiymət verəcək. Bundan sonra sənəd paraflanacaq.”

Məmmədovun fikrincə, bəzi qüvvələr Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin müsbət məcrada inkişafının əleyhinədir.

“Ona görə də belə anlarda onlar öz adları ilə deyil, başqa adlar altında münasibətlərin əleyhinə işləyirlər,” o, həmin qüvvələrin adlarını açıqlamayıb.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli deyib ki, Milli Şura strateji tərəfdaşlıq, azad ticarət sazişi də daxil olmaqla assosiativ sazişin tərəfdarıdır.

Gültəkin Hacıbəyli: Milli Şura Avropa Parlamentinin mövqeyini müdafiə edir

“Milli Şura Avropa Parlamentinin mövqeyini müdafiə edir. Sazişin müddəaları Avropa Birliyinin minimum standartlarından aşağı olmamaldır. Avropa İttifaqı siaysi məhbusları olan, azad mediası olmayan, QHT sektoru darmadağın edilmiş, sərbəst toplaşmaq azadlığı qadağan edilən, hüquq-müdafiə sistemi, vəkillik institutu sıradan çıxarılmış ölkə ilə saziş imzalamamalıdır. Sazişdə Azərbaycanın ərazi bütövlüyü əksini tapmalıdır,” o qeyd edib.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Milli Şura Azərbaycanı ərazi bütövlüyünü və dəyərlərini əks etdirən Avropa Birliyində görmək istəyir.

Cəmil Həsənli: Azərbaycan sazişi imzalamağa məcburdu

“Azərbaycan hökuməti sazişi korrupsioner, kriminal dəyərlərinə uyğunlaşdırmaq istəyir. Hökumətin limiti artıq qurtarıb və sazişi imzalamağa məcburdur. Amma sazişi elə imzalamaq istəyir ki, ailə hakimiyyətinin ömrünün uzadılmasına xidmət etsin,” o qeyd edib.

Həsənli hesab edir ki, Avropa İttfaqı ölkədə siyasi məhbusların azad edilməsini, insanlara qarşı təhdid və təzyiqlərin aradan qaldırılmasını, işgəncə laboratoriyasının ləğvini tələb etməlidir. Onun fikrincə, hökumətin Rusiyanın təzyiqi faktorundan istifadə etməsi də əbəsdir.

“Azərbaycanın nə qədər Rusiyanın yanında olması lazımdırsa, elə o qədər də Rusiyanın yanındadır.”

AXCP sədri Əli Kərimli hesab edir ki, sazişin imzalanması lazımdır.

“Bu saziş layihəsi Azərbaycan hökumətinin mövqeyi deyil, kompromisin nəticəsidir. Burada çox sayda öhdəliklər var. Biz Avropa İttifaqına mesajımızı veririk. Azərbaycan bir dəfə Avropa Şurası ilə sazişdə yanıb. Azərbaycan Avropa dəyərlərinə zərbə vurub. Burada məsələ `"kürü diplomatiyası" da deyil. Biz ikinci imitasiya istəmirik. Biz Avropa Parlamentinin mövqeyini müdafiə edirik,” o qeyd edib.

Kərimli həmçinin Azərbaycanda fundamental azadlıqların bərpa edilməsinin, işgəncə laboratoriyasının aradan qaldırılmasını tələb edib.

“Saziş tərəflərin deyil, Azərbaycan xalqının maraqlarına cavab verməlidir. İlham Əliyev hökuməti ölkə iqtisadiyyatını batırıb, ona kreditlər lazımdır. Bu hökumət əvvəlki kimi yeni kreditləri də basıb-yeyəcək. Onun xalqa nə xeyri var? İndi aqroholdinqlər açırlar. Onun xalqa nə xeyri var? Özləri üçün şirkət açıb, yeni bazarlar axtarırlar. Bunun Azərbaycan xalqının marağına nə dəxli var?” Kərimli bildirib.

İctimai dinləmələrin qətnaməsində də deyilir ki, saziş Avropa dəyərlərinə cavab verməli, fundamental insan hüquqlarının təmin edilməsi, o cümlədən ədalətli məhkəmə, hüquq müdafiə, seçki sisteminin təmin edilməsi ilə bağlı öhdəliklər yer almalıdır. Sənəd imzalanmamışdan bir ay əvvəl açıqlanmalı və xalqın müzakirəsinə təqdim edilməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara başlayır

    Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara ...

    31-08-2017, 11:36

  • 
  • Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi -FOTOLAR

    Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi ...

    18-04-2019, 21:08

  • 
  • "Niyə saziş Azərbaycan xalqından gizli saxlanılmalıdır?"

    "Niyə saziş Azərbaycan xalqından gizli ...

    11-04-2019, 10:37

  • 
  • Avropa İttifaqı: Azərbaycanda prezident seçkiləri azadlıqları məhdudlaşdıran qanunlara uyğun keçirilib

    Avropa İttifaqı: Azərbaycanda prezident seçkiləri ...

    13-04-2018, 21:07

  • 
  • “Siyasi məhbuslara azadlıq!” ittifaqı yaradılıb

    “Siyasi məhbuslara azadlıq!” ittifaqı yaradılıb ...

    2-11-2018, 16:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu