GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvandan Ankara və Bakıya terror hədəsi – Paşinyan üçün “Yol xəritəsi”

İrəvandan Ankara və Bakıya terror hədəsi – Paşinyan üçün “Yol xəritəsi”

Tarix: 8-05-2019, 15:38 Bölmə :Siyasət Baxış: 448
İrəvandan Ankara və Bakıya terror hədəsi – Paşinyan üçün “Yol xəritəsi”


İrəvandan Ankara və Bakıya terror hədəsi
Bu gün - mayın 8-də Nikol Paşinyanın rəsmən “taxt-tac”a oturmasının düz 1 ili tamamlanır. Həmin gün inqilab lideri Paşinyan ovaxtkı iqtidar partiyasının - respublikaçıların üstünlükdə olduğu parlamentdə kütlənin təzyiqi ilə ikinci cəhddə baş nazir seçildi. Dekabrda isə növbədənkənar parlament seçkiləri keçirildi və Paşinyan tərəfdarlarının mütləq çoxluqda olduğu yeni parlament formalaşdı.


Lakin parlaq siyasi zəfərə rəğmən, Paşinyan bu bir ildə onu hakimiyyətə gətirmiş kütləyə verdiyi əsas vədləri tuta bilməyib. Ölkənin və əhalinin vəziyyəti ağır olaraq qalır. Azərbaycanla müharibə təhlükəsi əsla aradan qalxmayıb, hətta artıb. Blokada vəziyyəti əvvəlki kimi davam edir, çünki iki əsas qonşu dövlət - Türkiyə və Azərbaycanla əlaqələrin normallaşması üçün Paşinyan heç bir addım ata, vəziyyəti yaxşıya dəyişə bilməyib. Yalnız bunu bəyan edib ki, “İrəvan Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılması və münasibətlərin bərpasına hazırdır” və bir də “Qarabağ münaqişəsinin həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarını qane etməlidir” kimi hiyləgər mövqe sərgiləyib.

*****

Nəticə necə olmalı idisə, o cürdür: işğalçı ölkə hələ də Rusiyanın regionda yeganə legitim forpostu və bölgənin “tullantı” ölkəsi kimi varlığını davam etdirir. Ermənistan 1 il öncə harada idisə, yenə təxminən oralardadır, uzağa getməyib. Əhalidə, hətta Nikol Paşinyanın qatı tərəfdarı olmuş kəsimdə “məxməri inqilab”dan dolayı məyusluq güclənməkdədir.

O da diqqətçəkicidir ki, qonşu Türkiyə ilə münasibətləri normallaşdırmaqdan dəm vuran Paşinyan mayın 5-də Ankara ilə münasibətləri daha da qəlizə salacaq addım atıb. Söhbət ABŞ-da yaşamış erməni terrorçusu Qurgen Yanikyanın nəşinin Ermənistana gətirılərək təzədən dəfn olunmasından gedir.

“Yeni Müsavat” xatırladır ki, Q.Yanikyan 27 yanvar 1973-cü ildə ABŞ-ın Los-Anceles şəhərində iki türk diplomatını - konsul Mehmet Baydarı və vitse-konsul Bahadur Demiri qətlə yetirib və buna görə ömürlük həbs alıb.

Gözlənildiyi kimi, rəsmi Ankara cəsədin qalıqlarının İrəvana gətirilməsi və hərbi qəbiristanlıqda təntənəli şəkildə dəfn edilməsinə sərt reaksiya verib. Türkiyə XİN-in bununla bağlı dünən yaydığı bəyanatda deyilir: “Türkiyə terrorçuların qəhrəmanlaşdırılmasına yönəlik hərəkətləri qətiyyətlə pisləyir. Belə hərəkətlər terrorizm hallarının artmasına xidmət edir ki, bu da cinayət və yolverilməz addımdır”.

Beləliklə, ötən bir ildə Paşinyan Türkiyəyə qarşı nifrətini, erməni terrorçuluğuna rəğbətini ilk dəfə açıq şəkildə büruzə verib. Hətta 20 il hakimiyyətdə olmuş Qarabağ klanı, Köçəryan-Sərkisyan xunta rejimi də belə şeyə getməmiş, yalnız faşist əlaltısı, erməni Qaregin Njdeyə İrəvanda abidə ucaltmışdı.

İstənilən halda Q.Yanikyanın nəşinin İrəvana gətirilməsi o anlama gəlir ki, yeni erməni hökuməti də Türkiyə və Azərbaycana qarşı ənənəvi terror taktikasına əl ata bilər. Demək, İrəvana qarşı heç bir güzəştli mövqedən söhbət gedə bilməz. Yeri gəlmişkən, Paşinyan gərək unutmasın ki, Türkiyədə 100 minə yaxın erməni əmək miqrantı - Ermənistan vətəndaşı öz ailəsinə çörək pulu qazanır və faktiki, bununla onun hökumətinin işini yüngülləşdirir...

*****

Azərbaycana münasibətə gəlincə, Nikol Paşinyanın bu ilin fevralında İranda səfərdə olarkən Tehrandakı erməni icması ilə görüşü zamanı dediyi aşağıdakı sözləri yada salmaq pis olmaz. Sitat: “Əgər kimsə Qarabağ məsələsini hədələrlə həll etməyi düşünürsə, o, dərindən yanılır, nədən ki, o halda o, bütün dünya ermənilərinə qarşı durmalı olacaq - hansı ki, bu gün daha sıx birləşiblər və Qarabağa hər hansı təhlükə zamanı bu birlik ikiqat, üçqat güclənəcək, indikindən daha böyük gücdə olacaq”.

Əhalisi ac-yalavac, özü blokada şəraitində olan, ordusuna düz-əməlli çağırışçı tapmayan və silahlanma yarışında Azərbaycanla ayaqlaşma imkanından, paritet yaratmaq şansından məhrum ölkənin böyük müharibədən necə çıxacağı çox maraqlıdır. Yeganə müqavimət üsulu kimi ermənilərin yaxşı bacardığı terror üsulu ağla gəlir. Paşinyan da Tehrandakı açıqlaması ilə əslində Azərbaycanı, erməni terrorçusunun nəşinin İrəvanda təntənəli şəkildə dəfnini təşkil eləməklə isə qardaş Türkiyəni terrorla hədələyib.

Türkiyə və Azərbaycan təbii ki, bu hədələrə baş əyəcək dövlətlər deyil. Ancaq təhlükə də nəzərə alınır. Bu xüsusda prezident Ərdoğanın baş müşaviri Yalçın Topçunun İrəvana ünvanlı sərt açıqlamasını yada salmağın yeri var.

Topçu demişdi ki, ermənilər ilk növbədə qondarma “soyqırım” iddiasından əl çəkməli, ASALA terror qruplaşmasının cinayətlərinə və Azərbaycan şəhəri Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməli, işğal etdiyi əraziləri qeyri-şərtsiz tərk edib Azərbaycandan üzr istəməlidir. Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması imkanına toxunan Ankara rəsmisi onu da söyləmişdi ki, Türkiyə dövləti İrəvanın səmimiyyətinə inanmır: “Ermənilər məcbur qalıb Türkiyə ilə yaxınlaşmaq üçün addım ata bilərlər, lakin onlardan səmimiyyət gözləmək sadəlövhlük olar. Tarixdə yaşanan hadisələr belə bir qərara gəlməyimizə əsas verir”.

Yəni Türkiyə faktiki surətdə Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq üçün İrəvana ən optimal bir “yol xəritəsi” verib. Qərar indi Ermənistanın 1 ildir populizmlə məşğul olan rəhbərinindir. Populizm dövrü isə bitib...//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan baş nazir postundan gedir – Ölkədə növbədənkənar seçki keçiriləcək

    Paşinyan baş nazir postundan gedir – Ölkədə ...

    15-10-2018, 15:58

  • 
  • Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək

    Paşinyan Ermənistanın bütün qubernatorlarını ...

    22-05-2018, 12:58

  • 
  • Vədləri yerinə yetirdiyini iddia edən Paşinyan maaş və pensiyaların artırılmasına gəlincə, susur

    Vədləri yerinə yetirdiyini iddia edən Paşinyan ...

    20-11-2018, 14:31

  • 
  • “Türkiyə ilə münasibətlərin bərpası üçün heç bir şərtimiz yoxdur” – Nikol Paşinyan

    “Türkiyə ilə münasibətlərin bərpası üçün heç bir ...

    11-04-2019, 18:03

  • 
  • ​Paşinyanın seçki oyunu: istefaya gedir və...

    ​Paşinyanın seçki oyunu: istefaya gedir və... ...

    16-06-2018, 21:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu