Mayın 9-da Azərbaycanda faşizm üzərində qələbənin 74-ci ildönümü qedy edilir. Prezident İlham Əliyev ənənəvi olaraq Bakıda Dağüstü parkda iki dəfə Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsi önünə gül çələngi qoyub.
O, mərasimdə iştirak edən İkinci Dünya Müharibəsi veteranlarını təbrik edib.
Qələbə Günü ilə əlaqədar İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına 1000 manat, onların sağ qalımış ailə üzvlərinə,müharibə dövründə arxa cəbhədə fədakar əməyinə görə medala, ordenə layiq görülənlərə və digərlərinə 500 manat birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam 9300 şəxsə, o cümlədən 400 müharibə iştirakçısına şamil edilib. Bunun üçün dövlət büdcəsindən ümumilikdə 5 milyonmanat ayrılıb.
1941-1945 Böyük Vətən Müharibəsi, demək olar ki, hər bir Azərbaycan ailəsinə toxunub, Bakı nefti isə faşizm üzərində hərbi qələbənin təmin edilməsində mühüm rol oynayıb.
Hər beş Azərbaycan sakinindən biri cəbhədə döyüşüb. 3,4 milyonluq (1941) əhalidən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Onlardan 250 min nəfəri həlak olub.
400 mindən çox əsgər və zabit döyüş ordeni və medalı ilə təltif edilib, 14 nəfər Şöhrət ordeni kavaleri, 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, qəhrəmanlardan 44-ü etnik azərbaycanlılardır.
Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas ixracçısı idi (SSRİ-də həmin vaxt istehsal olunan neft və neft məhsullarının 70%-dən çoxu). Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.
Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyası yaradılıb, bu diviziyalar döyüşərək Qafqaz dağının ətəklərindən Pribaltikaya, Şərqi Avropa və Berlinə qədər döyüş yolu keçib.
Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.
Azərbaycanlılar Almaniya tərəfdə də müstəqil dövlət yaranması uğrunda döyüşüblər. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıb, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub.
Qafqaz cəbhəsində 4 500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşüb, onlar özlərini ən yaxşı tərəfdən göstəriblər. 1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradılıb. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrilib.
Ümumilikdə almanların tərəfində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?