GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın uğursuz Pekin səfəri

Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın uğursuz Pekin səfəri

Tarix: 15-05-2019, 10:22 Bölmə :Siyasət Baxış: 401
Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın uğursuz Pekin səfəri

Erməni baş nazir Çinə niyə gedib - böyük fiaskonun pərdəarxası; iqtisadçı ekspert: “Azərbaycanın iştirakçısı olduğu layihələrdən təcrid edilmək İrəvanı sərmayə axtarışına məcbur edir...”

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Çinə iki günlük işgüzar səfərə gedib. Erməni qaynaqlarının məlumatına görə, səfərdə əsas məqsəd ikitərəfli əlaqələrin inkişafıdır. Elə məsələ də, faktiki, Rusiyanın ucqar və geridə qalmış quberniyası statusunda olan, Qarabağın işğalına görə on illərdir blokadada inləyən bu cırtdan ölkənin iqtisadi nəhəng sayılan Çinə nə təklif edəcəyidir.

Xatırladaq ki, ötən ay Pekində strateji əhəmiyyətli “Bir kəmər - bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində 37 dövlət və hökumət başçısının qatıldığı ikinci toplantı keçirilib. Azərbaycan prezidentinin də iştirak elədiyi tədbirə Nikol Paşinyan qatılmamışdı. O səbəbə ki, Ermənistan bu layihə üçün önəmli tranzit ölkə hesab edilmir.

Bu üzdən forum işğalçı Ermənistanda ciddi narahatlıq doğurdu. Daha bir səbəb: Azərbaycan prezidentinin Pekin səfəri zamanı iki ölkə şirkətləri arasında müxtəlif istiqamətlər üzrə dəyəri bir milyarda yaxın olan (821 milyon) 10 müxtəlif sənəd imzalanıb. Bu anlaşmalar ölkəmizə yeni Çin sərmayəsinin axınını gücləndirəcək. Bütövlükdə Pekin tədbirində 64 milyard dollar dəyərində 283 müqavilə imzalanıb ki, Azərbaycandan fərqli olaraq, Ermənistan onlardan heç bir pay ala bilməyib.

Xatırladaq ki, “Bir kəmər - bir yol” layihəsi dünya iqtisadiyyatının 40, əhalisinin isə 65 faizini əhatə edir. Hesab edilir ki, bu qlobal layihə Asiya və Avropa arasındakı ticarət dövriyyəsinin artmasına yol açacaq. Azərbaycana da böyük iqtisadi dividentlər qazandıracaq. Ölkəmiz bu yol vasitəsilə beynəlxalq yükdaşımalardan böyük gəlir əldə edəcək.

*****

Pekin forumu hər şeydən öncə Azərbaycanın strateji nəqliyyat ölkəsi kimi Güney Qafqazda vazkeçilməz, açar ölkə olduğunu təsdiqlədi. Azərbaycanın dünyada artan önəmini təsbit etdi. Görünür, bu səbəblərdən Ermənistan rəhbərliyi hansısa şəkildə “boşluğu” doldurmağa can atır. Ancaq əbəs yerə. Paşinyanın səfəri çətin ki, bu yöndə uğurlu olsun. Nədən ki, ortada daşlaşmış reallıqlar var.

İrəvan üçün acı gerçək belədir ki, işğalçı ölkə yalnızca Azərbaycanın təşəbbüsçü və iştirakçı olduğu böyük regional neft-qaz kəmərlərindən (Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, bitməkdə olan Cənub Qaz Dəhlizi xətti) və nəqliyyat layihələrindən (Bakı-Tiflis-Qars) kənarda qalmayıb, eyni zamanda qlobal əhəmiyyətli Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən də kənarda saxlanıb. “Bir kəmər - bir yol” meqa-layihənin tərkib hissəsi kimi “Böyük İpək Yolu” da o sıradadır.

Bu da təsadüfi deyil və həm də Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe ilə bağlıdır. Bu isə ölkəyə tranzit sahəsində böyük üstünlüklər qazandırmaqdadır. Eyni zamanda Ermənistanı deyil, məhz ölkəmizi Avrasiya kimi böyük bir məkanda mühüm nəqliyyat qovşağına çevirir. O da faktdır ki, “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Çin Azərbaycanla əməkdaşlığa məxsusi önəm verir.

Layihə bu xüsusda Azərbaycan üçün yeni əməkdaşlıq imkanları açır, Ermənistan üçün yox. Söhbət həm də ondan gedir ki, Azərbaycan özünün üstün iqtisadi-maliyyə potensialı ilə böyük iqtisadi güclərin və mərkəzlərin diqqətindədir. Azərbaycanı sayırlar, onu qlobal əhəmiyyətli meqa-layihələrdə iştiraka dəvət edirlər.

Ermənistan isə heç qonşu və simsar İranla lokal əhəmiyyətli ortaq layihələri belə həyata keçirə bilmir. Çünki bir yandan pulu yoxdur, digər yandan isə blokada rejimi və “izqoy” ölkə statusu onu qlobal və regional iqtisadi və nəqliyyat layihələri üçün cəzbedici olmağa imkan vermir...

*****

Paşinyanın Çin səfərinin mümkün nəticələrinə gəlincə, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, erməni baş nazir hazırda ölkəsini ağır iqtisadi durumdan çıxarmaq üçün sərmayələr axtarışındadır. Onun sözlərinə görə, Paşinyanın başlıca hədəfi Çin şirkətlərini özlərinin investisiya layihələrini Azərbaycan və Gürcüstanda deyil, Ermənistanda reallaşdırmağa inandırmaqdır.

“Bu il yanvarın 1-də Çinin strateji investisiya layihəsi işə düşüb. Layihəyə bir neçə region daxildir. Əgər ÇXR əvvəllər daha çox Afrika və Asiyada aktiv idisə, bu ildən ölkə üçün Latın Amerikası, Qafqaz və Türkiyə prioritetdir. Bu regionlarda investisiya layihələrinin artırılması üzrə ”yol xəritəsi" hazırlanıb. Gürcüstan artıq bundan fayda götürməyə başlayıb. İki ölkə arasında uzunmüddətli investisiya anlaşmaları imzalanıb ki, onların reallaşması hesabına yaxın 5 ildə Gürcüstan iqtisadiyyatına 5 milyard dollar Çin sərmayəsi daxil olacaq. Bütün bunlar ağır iqtisadi durumda olan və belə layihələrdən kənarda qalan Ermənistanı ciddi narahat edir. O sırada Azərbaycanın iştirakçı olduğu layihələrdən təcrid edilmək İrəvanı məcbur edir ki, yeni sərmayə qaynaqları axtarsın. Paşinyanın Çinə səfərində məqsəd budur, Çinə sərmayə üçün əlverişli şərtlər təklif eləməkdir", - deyə iqtisadçı qeyd edib.

Ancaq iqtisadçının əminliyinə görə, çətin ki, Çin bu balaca, kiçik əhalisi olan və ən əsası, işğalçı siyasət aparan ölkəyə sərmayə yatırsın. “Bütövlüdə Ermənistanın xarici şirkətlərə təklif edəcəyi heç nə yoxdur”, - deyə o əlavə edib.

*****

Ermənistanın inkişafı yolunda ən böyük maneəni, “Çin səddi”ni əslində Bakı yox, İrəvan yaradıb - Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı on illərdir işğal altında saxlamaqla, nəticə etibarilə Ermənistanı blokadaya və Rusiyanın vassalı olmaq aqibətinə tuş eləməklə. Odur ki, seçim də özünündür. Çıxış yolu bəlli...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nikol Paşinyan Strasburqa gedib

    Nikol Paşinyan Strasburqa gedib ...

    11-04-2019, 12:46

  • 
  • İlham Əliyev Çinə gedir

    İlham Əliyev Çinə gedir ...

    19-04-2019, 10:21

  • 
  • Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış etdi

    Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış ...

    14-05-2018, 11:17

  • 
  • Nikol Paşinyan Ermənistan polisini Qarabağa göndərir - düşmən müharibə hazırlığına başlayır?

    Nikol Paşinyan Ermənistan polisini Qarabağa ...

    4-07-2018, 12:22

  • 
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (379)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu