GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İşğalçıya qarşı Bakı-Ankara hərbi formatı güclənir - GƏLİŞMƏ

İşğalçıya qarşı Bakı-Ankara hərbi formatı güclənir - GƏLİŞMƏ

Tarix: 12-06-2019, 10:38 Bölmə :Siyasət Baxış: 367
İşğalçıya qarşı Bakı-Ankara hərbi formatı güclənir - GƏLİŞMƏ


Naxçıvanda Azərbaycan və Türkiyənin növbəti birgə taktiki təlimləri başa çatdı. Budəfəki təlimin bir özəlliyi də onu qardaş ölkənin müdafiə naziri Hülusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin izləməsi oldu. Bundan əlavə, iki ölkənin müdafiə idarələrinin rəhbərləri - Zakir Həsənov və Hulusi Akar ilk dəfə olaraq, bilavasitə Ermənistanla sərhəddə - İrəvanın cəmi bir neçə on kilometrliyində görüşdülər.

Gözlənildiyi kimi, həm ortaq təlimlər, həm də Türkiyə müdafiə nazirinin bu təlimləri şəxsən izləməsi və Ermənistanla sərhəddə azərbaycanlı həmkarı ilə regionda “müharibə ssenarilərini” müzakirə eləməsi düşmən tərəfdə ciddi təlaş yaradıb. Bunu erməni KİV-lərindəki yazı və müsahibələrdən aydın görmək olar.

*****

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, 1in.am saytında siyasi şərhçi Aram Sərkisyan Naxçivandakı hərbi təlimlər haqda yazıb: “Azərbaycan və onun müttəfiqi Türkiyə ikitərəfli hərbi-siyasi əlaqələri dərinləşdirməkdə davam edir. Son vaxtlar şərq və şimal qonşuları daha böyük hərbi fəallıq göstərməkdədir. Bu da İrəvanda narahatlıq doğurmaya bilməz. Türkiyə və Azərbaycan qısa zaman içində ikinci ortaq təlim keçirir. Ötən dəfə - mayın 1-dən 3-dək olan təlimlər ”Mustafa Kamal Atatürk - 2019" kod adı ilə keçirilmişdi. Ermənistanda daxili siyasi vəziyyətin pozulması təhlükəsinin yarandığı durumda Azərbaycan və Türkiyənin hərbi fəallığı, təbii ki, sülhpərvər mahiyyət daşımır".

Təlimləri şərh edən erməni general, Qarabağdakı müharibənin iştirakçısı, Ermənistanın sabiq müdafiə naziri və Baş Qərargah rəisi Norat Ter-Qriqoryants isə hesab edir ki, Azərbaycan müharibəyə başlamaq üçün əlverişli bəhanə axtarır. O, həmçinin istisna eləmir ki, Azərbaycan tərəfi hərbi təlim adı ilə Dağlıq Qarabağ və Ermənistanla sərhədə hücum əməliyyatları aparmaq üçün ağır hərbi texnika yığmaqla məşğuldur. “Azərbaycan tərəfi bu fənddən artıq bir dəfə - 2016-cı ilin aprelində istifadə edib”, - deyə o əlavə edib.

“Türkiyə və Azərbaycanın Naxçıvanda keçirdiyi hərbi təlimlərə Ermənistan-İran birgə təlimləri ilə cavab vermək lazımdır”. Belə bir absurd ideya ilə isə erməni politoloq Sergey Şakaryans İrevanda keçirdiyi mətbuat konfransında çıxış edib. Şakaryantsa görə, təlimlərin başa çatmasından sonra Türkiyə ordusunun bölmələrindən birinin Naxçıvanda qalması istisna deyil. Onun fikrincə, Azərbaycan-Türkiyə hərbi təlimlərinə Naxçıvanın hər iki tərəfində Ermənistan-İran birgə hərbi manevrləri ilə cavab vermək lazımdır. “Amma hökumət çətin ki, bu addıma getsin” - Şakaryants bu ideyasının real olmadığını dərhal etiraf edib.

*****

1 in.am portalı rusiyalı tanınmış hərbi ekspert Aleksandr Xramçixinin də mövqeyini öyrənib. Ancaq alınan cavablar ermənilər üçün məyusedici olub. “Yeni Müsavat” xəbər verir ki, öncə Azərbaycan və Türkiyənin tez-tez ortaq təlimlər keçirməsinin səbəbinə toxunan hərbi ekspert deyib: “Görünür, onlar hərbi əməkdaşlığı ciddi şəkildə möhkəmlədirlər ki, ola bilsin, əlverişli məqam yetişən kimi ona real məzmun versinlər. Müşahidələrimə görə, bu iki ölkə az-çox real ssenarilər üzrə təlimlər keçirir. Yəni bu, terrorizmlə mübarizə məşqi deyil. Əgər təlimlər Azərbaycan-Türkiyə formatında keçirilirsə, o zaman aydındır ki, onlar üçün yeganə təsəvvür edilən düşmən Ermənistandır. Müvafiq surətdə buna Ermənistanın necə reaksiya verməli olduğu haqda İrəvanın yerinə heç nə deyə bilmərəm. Ancaq, əlbəttə ki, ən azından gərginləşmək üçün əsas var”.

Rusiyalı təhlilçi ortaq təlimlərin intensivləşməsinin Ermənistan daxili situasiya və İrəvanla Xankəndi arasında münasibətlərin soyuması ilə bağlı ola biləcəyini də istisna eləmir: “Birincisi, həqiqətən də onlar (Azərbaycan və Türkiyə - ”YM") situasiyaya xüsusi olaraq hazırlaşır. O anlamda ki, Ermənistan daxilində qarışıqlıq yaranan kimi ondan yararlansınlar. İkincisi, bəli, bu versiyanın da yaşamaq hüququ var ki, təlim adı ilə səfərbərlik tədbirləri həyata keçirilir".

Bu yerdə erməni portalının əməkdaşının Xramçixinə ünvanladığı “Bu gün Türkiyə-Rusiya əlaqələri nə qədər yaxşı olsa da, Ankara bu regionda Moskvanın köhnə rəqibidir. Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsi, türklərin Naxçıvanda möhkəmlənməsi, sizcə, Rusiyanı narahat etməməlidir” təxribatçı sualına hərbi ekspert belə cavab verib: “Mən Kremldə kiminsə yerinə cavab verə bilmırəm. Bu gün Rusiya Türkiyə ilə çox mürəkkəb bir geosiyasi partiya oynayır, hansı partiyanın ki, çoxlu tərkib hissələri var. İlk növbədə, əlbəttə ki, Suriya mövzusu diqqətdədir, nəinki diqqətin periferiyasında olan Qafqaz”.

Türkiyədən Ermənistana təhlükənin nə dərəcədə real olması ilə bağlı sualın cavabında isə analitik bir növ Rusiyanın vassal ölkə üçün önəmini böyüdərək və bir az da erməniləri qorxudaraq bildirib ki, Türkiyə təhlükəsi Ermənistan üçün əsas təhlükədir: “Ona görə ki, əgər Türkiyə olmasaydı, bəlkə də Ermənistan Azərbaycan təhlükəsi qarşısında hətta Rusiyasız birtəhər tab gətirə bilərdi. Ancaq Türkiyə təhlükəsini Rusiyasız dəf eləmək söhbət mövzusu belə ola bilməz. Ermənistan üçün Türkiyə təhlükəsi bu gün qat-qat mühümdür, nəinki Azərbaycandan olan təhlükə”.

*****

Əslində nə Azərbaycan, nə də Türkiyənin Ermənistana hücum etmək niyyəti yoxdur. Bakı və Ankaranın tək hədəfi İrəvanın özünü regionda beynəlxalq normalara uyğun aparması və qonşu ölkələrə əsassız torpaq iddialarına son qoyaraq, nəhayət, dinc yanaşı yaşmağı tərcih eləməsidir. Azərbaycan və Türkiyənin hərbi təlimlərində strateji və son məqsəd bundan ibarətdir.

Naxçıvandakı təlimlərə gəlincə, bu təlimlərlə yanaşı, ümumiyyətlə, bu muxtar bölgədə dislokasiya edilən Əlahiddə Ümumqoşun Ordunun döyüş imkanları son illər ciddi ölçülərdə artması, onun ən müasir silah-sursat və texnika ilə təchiz edilməsi Ermənistan siyasi dairələrində həqiqətən təşvişlə izlənir. Və artıq birinci dəfə deyil ki, erməni ekspertlər və siyasətçilər Naxçıvanda baş verənlərə görə həyəcanlı açıqlamalar verirlər.

Türkiyə və Azərbaycan habelə qonşu Gürcüstanla “üçlü format”da hərbi əməkdaşlığı davam etdirir. Bu da ən əvvəl işğalçı Ermənistana mesajdır ki, torpaq iştahını özündə saxlasın. Çünki İrəvanın hər üç ölkəyə əsassız ərazi iddiası var və bunu gizlətmir də. “Üçlü” formatda hərbi əməkdaşlığı isə ilk növbədə Azərbaycan, Türkiyə və Gürcüstanın regiondakı milli təhlükəsizlik maraqları, buradan keçən strateji əhəmiyyətli nəqliyyat və boru xətlərinin təhlükəsizliyi diktə edir və hansısa 4-cü ölkəyə, Rusiyaya qarşı yönəlməyib. Məsələn, keçən il boru kəmərlərinə qarşı mümkün təxribatların önlənməsi ilə bağlı 3 ölkənin xüsusi təyinatlıların birgə təlimləri keçirilmişdi.

Yeri gəlmişkən, bu gün - iyunun 12-də Qəbələdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək. “Yeni Müsavat” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

Göründüyü kimi, hədəflər sırasında üç ölkənin ortaq layihələri də var. Bu da ölkələrin milli təhlükəsizliyi ilə birbaşa bağlıdır və Ermənistana onun normal inkişaf yoluna çıxması üçün verilən daha bir ayıldıcı mesajdır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan ordusu Naxçıvanla sərhəddə təlimə başlayır

    Ermənistan ordusu Naxçıvanla sərhəddə təlimə ...

    6-09-2013, 03:02

  • 
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının təlimləri başladı

    Azərbaycan və Türkiyə hərbi pilotlarının ...

    18-09-2017, 11:00

  • 
  • Hulusi Akar Vaşinqtonda azərbaycanlı zabitlə görüşdü — FOTOLAR

    Hulusi Akar Vaşinqtonda azərbaycanlı zabitlə ...

    16-04-2019, 16:21

  • 
  • Emərnilər Naxçıvandakı hərbi təlimlərə etiraz edir

    Emərnilər Naxçıvandakı hərbi təlimlərə etiraz edir ...

    20-06-2016, 21:23

  • 
  • Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

    Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə ...

    13-02-2019, 10:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu