GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyan Azərbaycanla sülh razılaşması istəyir, amma qorxur? - İDDİA

Paşinyan Azərbaycanla sülh razılaşması istəyir, amma qorxur? - İDDİA

Tarix: 8-07-2019, 12:20 Bölmə :Siyasət Baxış: 427
Paşinyan Azərbaycanla sülh razılaşması istəyir, amma qorxur? - İDDİA


Rusiyanın tanınmış politoloqu Sergey Markov bildirib ki, Nikol Paşinyan Qarabağda sülh istəyir, lakin daxili siyasətdə vəziyyət ona bu istiqamətdə konkret addımlar atmağa imkan vermir. Onun sözlərinə görə, Paşinyan Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla razılaşmağa qorxur. Çünki hesab edir ki, ərazilərin qaytarılması ölkədə ona qarşı sui-qəsd və çevrilişlə nəticələnəcək.

Sitat: “Ermənistanda artıq belə presedent var. 1999-cu ildə Qarabağ məsələsinə görə parlament rəhbərliyi güllələnmişdi. Bu vəziyyət münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesini tormozlayır. Bu fonda əsirlərin mübadiləsini ən yaxşı halda sülh simvolu hesab etmək olar. Lakin bu o demək deyil ki, tərəflər bundan sonra daha tez-tez görüşəcək və nizamasalma ilə bağlı hansısa sənədi imzalamağa başlayacaqlar. Sadəcə olaraq, bu addım yaxın vaxtlarda danışıqlar prosesində yeni təmaslara maksimal imkan yarada bilər. Mübadilə pozitiv atmosfer yaradır. Lakin yenə də vurğulayıram ki, bu, danışıqlar prosesində konkret sənədlər üzrə razılaşmaya səbəb olmayacaq”.

Siyasi-hərbi ekspert Ramil Məmmədli isə Sergey Markovun həqiqəti dilə gətirdiyini hesab edir. “Yeni Müsavat”a şərhində Ramil Məmmədli bildirdi ki, Markov Ermənistandakı yaxın siyasi tarixə bələdçiliyi olan bir şəxs kimi bu fikirləri səsləndirib: “Onun bu fikri tam həqiqətdir və əgər Ermənistanın baş naziri Azərbaycanla Qarabağ münaqişəsi ilə bağlı razılaşmaya imza atarsa və burada bizim mövqeyimiz daha üstün olarsa, İrəvanda növbəti siyasi gərginlik başlayacaq. Bu gərginlik isə Nikol Paşinyanın məhvi ilə nəticələnəcək. Hətta ola bilər ki, Paşinyanın fiziki məhv edilməsi də baş versin. Çünki yaxın siyasi tarixdə İrəvanda biz bunun iki dəfə şahidi olmuşuq. Məsələn, Levon Ter-Petrosiyan prezidentlik kürsüsünü Qarabağ münaqişəsinin həllində aqressiv erməni cəmiyyətinin və müharibə tərəfdarlarının-işğalçılıq siyasətinin tərəfdarı olmadığından itirdi. Həmin dövrdə ondan sonra prezidentlik kürsüsünü ələ keçirən Robert Köçəryan müsahibələrinin birində Ter-Petrosyanın hakimiyyətdən devrilməsini Azərbaycanla yaxınlaşması ilə əlaqələndirmişdi. Bəzi məqamları da açıq söyləmişdi. Digər bir fakt isə Azərbaycanla münasibətlərin normallaşması tərəfdarı kimi çıxış edən və qismən ədalətli sülh sazişinin imzalanmasının tərəfdarı olduğunu dilə gətirən Ermənistan parlamentinin keçmiş sədri Karen Dəmirçiyanın güllələnməsi idi. Ona görə də bu hadisələrdən sonra İrəvanda heç bir rəhbər şəxsin münaqişənin həllində ədalətli mövqe tutacağını gözləmək olmaz. Birincisi, ermənidir, ikincisi isə öldürülməkdən və ya siyasi meyitə çevrilməkdən qorxur. Nikol Paşinyanın Qarabağ məsələsində ”bir addım irəli, iki addım arxaya" kimi təhlil edilə biləcək siyasəti məhz bununla bağlıdır. Paşinyan Azərbaycanın beynəlxalq vasitələrlə siyasi təzyiqini görür və hiss edir. Amma məhv olmaq qorxusu onu sülh razılaşmasına getməkdən çəkindirir".

Bəs Paşinyan sülh razılaşmasına cəhd etsə, Ermənistanda nələr baş verər?

Ekspertin sözlərinə görə, belə bir cəhd olsa, işğalçı ölkənin daxilində əvvəlcə siyasi gərginlik, sonra isə qisas və daxili çaxnaşma başlayacaq: “Proseslərdə qalib gələn tərəf isə Qarabağ müharibəsindən siyasətə gələn şəxslər olacaq. Hadisələr Qarabağ klanının hakimiyyəti ələ keçirməsi ilə nəticələnəcək. Düşünürəm ki, münaqişə ilə bağlı bütün kartlar açılıb və artıq hamı hər şeyi bilir. Artıq bəllidir ki, münaqişənin həllində əsas həlledici söz Rusiyanındır. Rusiya 1990-cı illərin əvvəllərində hərbi və siyasi dəstək verdiyi ermənilərə işğal altında saxlanılan ərazilərdən çıx əmrini verməlidir. Əks təqdirdə, qalan yeganə yol müharibədir”.

Onu da qeyd edək ki, iki gün öncə internetdə Ermənistanın baş naziri Nikol Paşinyanın adından NATO-nun baş katibi Yens Stoltenberqə yazılmış məktub yayılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin məktubda Paşinyanın adından Ermənistanın NATO ilə yaxınlaşmaq niyyəti ifadə olunur və buna maneə yaradan əsas səbəbin-Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyi deyilir. Paşinyan guya vəd edir ki, bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq, işğal edimiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılacaq. Ermənistan Xarici İşlər Nazirliyində məktubun saxta olduğunu deyiblər, amma şərh vermək istəməyiblər.//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar

    Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda ...

    15-12-2018, 10:53

  • 
  • Paşinyan: “Azərbaycanla Qarabağ danışıqlarını aparmağa hazıram”

    Paşinyan: “Azərbaycanla Qarabağ danışıqlarını ...

    8-05-2018, 12:46

  • 
  • Nikol Paşinyan: “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın roluna çox yüksək qiymət veririk”

    Nikol Paşinyan: “Qarabağ münaqişəsinin ...

    4-07-2018, 19:24

  • 
  • ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - SENSASİYALI AÇIQLAMA

    ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - ...

    6-12-2018, 11:46

  • 
  • Nikol Paşinyan: “Dağlıq Qarabağ münaqişəsi ancaq sülh yolu ilə həll edilə bilər” (VİDEO)

    Nikol Paşinyan: “Dağlıq Qarabağ münaqişəsi ancaq ...

    30-05-2018, 16:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu