GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur

Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur

Tarix: 15-07-2019, 14:17 Bölmə :Siyasət Baxış: 653
Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur


Paravani1 gölü və onun ətrafı bütün Gürcüstan üçün eləcə də hər bir pravoslav gürcü üçün müqəddəs bir yerdir. Öz əhəmiyyətinə görə, bu ölkənin qədim paytaxtı Msxetadır. Çünki Müqəddəs Nino məhz Paravani gölünün sahillərindən başlayaraq öz yolunu Gürcüstan ərazisinə salmışdır. Gürcülərin xristianlaşması da o vaxtdan etibarən başlamışdır. Ona görə də bu marşrut üzrə 40 günlük bir ziyarət ənənəsi vardır. Hətta Gürcüstanın prezidenti Salome Zurabaşvili də bu yolu zəvvarlarla birlikdə keçmişdir. Tarixən Paravani gölü ətrafında heç bir erməni yaşamamışdır. Ermənilərin “Pərvanə gölü” haqqındakı əfsanələri isə uydurulmuş yalanlardan başqa bir şey deyil. Erməni köçkünləri burada yalnız 1830-cu ildə peyda olmuş və qədim gürcü kilsələrini mənimsəməyə başlamışlar. Sovet hakimiyyətinin qurulması ilə bu kilsələr tərk edilmiş və ya təsərrüfat obyektlərinə çevrilmişdir. O cümlədən kilsənin olduğu Poka kəndində də ermənilər mal-qara saxlamışlar. Ermənilər prinsipial olaraq gürcülərin ən yaxşı şəkildə qorunan kilsələrini geri qaytarmırlar. Bu gün müqəddəs kilsə ermənilər tərəfindən tövləyə çevrilmişdir. Belə ki onlar kilsədən otun və ya mal-qaranın saxlanıldığı tövlə kimi istifadə edirlər. Bu barədə “Nəyə görə Cavaxetiyanın erməni kilsəsi tövlədir2?” adlı yazıda qeyd olunur. Digər bir tərəfdən Karanfilyanın “Cavaxkın xəzinələri – Pərvanə gölü3” adlı yeni filmində “qədim erməni əyaləti”nin tarixi və müasir vəziyyəti haqqında danışılır. Beləliklə də müəllif filmdə Poka kəndindəki faktı qeydə alır. Filmdən də göründüyü kimi yerli ermənilər kilsədən tövlə kimi istifadə edirlər. Müəllif isə bu barədə belə qeyd edir: “Kilsədən tövlə kimi istifadə edilməsi heç də müqəddəslərə xəyanət demək deyildir, əksinə onun xilas olunmasıdır. Çünki Sovet İttifaqının süqutundan sonra Gürcüstan hökuməti dini tikililərin gürcüləşdirilməsi kursunu aparır və erməni məbədlərinin gürcülərə aid olduğunu elan edirdi. Kilsədən hansı şəkildəsə istifadə etmək onun xilas olunması üçün yeganə şans idi. İndi kilsə təmir olunur, onun bəzəkləri isə orjinal şəkildə qalmasına imkan verir”. Bundan əlavə qeyd etmək lazımdır ki filmdə Samtsxe-Cavaxetiyanın guya “erməni torpağı” və “böyük Ermənistanın Quqark əyalətinin bir hissəsi olduğunu” vurğulayan yalnış fikirlər də səslənir. Əslində isə Samtsxe-Cavaxetiyanın və xüsusən də Paravani gölünün bütün Gürcüstan üçün nə qədər böyük mənəvi əhəmiyyətə malik olması hamıya məlumdur. Ermənilər gürcülərə məxsus olan kilsəni verməmək üçün əllərindən gələni edirlər. Bu barədə gürcü blogeri David Vartumaşvili4 də yazır: “Erməni kəndində kişilər və qadınlar üçün iki gürcü monastrı var, hər ikisinə Müqəddəs Nino adını vermişlər. Kişilərə məxsus olan monastr kənddən bir qədər kənardadır, müasir görünüşə malik olduğuna görə turistlər üçün o qədər də maraqlı deyildir. Qadınlar üçün olan monastr isə hamıya məlumdur. Bu monastr yüksəklikdəki təpənin ortasında yerləşir və mühüm tarixi əhəmiyyət kəsb edir. Belə ki Gürcüstanın katalikos-patriarxı II İlya hələ 1988-ci ildə kilsənin yanındakı bir kənddə köhnə bir ev əldə etmiş və onu öz adına qeydiyyatdan keçirmişdi ki, sərhəd zonası olan və sərbəst giriş üçün icazə verilməyən bu əraziləri ziyarət edə bilsin. 1992-ci ildə baş rahibə Yelizaveta iki monarx ilə birlikdə monastrın təməlini qoymaq üçün Pokaya gələndə patriarxın evi erməni ailəsi tərəfindən zəbt olunmuşdu. İlk illərdə patriarx və monarxlar məkanı pərdə ilə bölərək bu insanlarla qonşuluq etməyə başladılar. Bu yaşamaq üçün mübarizə illəri idi. Dirçəliş isə yalnız 2001-ci ildə başlanıldı”. O vaxt Gürcüstan ərazisində erməni təcavüzkarları Abxaziyada gürcüləri öldürür və doğma evlərindən qovurdular. Monastrın əsasını qoyan Gürcüstanın patriarxı və monarxlar qanuni olaraq əldə etdikləri evlərdən istifadə edə bilmirdilər. Yerli ermənilər özbaşına olaraq onlara aid olmayan evləri zəbt etmişdilər və gürcü rahiblərini tam 9 il ərzində bu evlərdən çıxartmağa çalışırdılar. Gürcülərin öz yurdlarındakı evlərində yaşamağa haqqları yoxdur. Çünki bu, ermənilərin “xoşuna gəlmir” və onlar özgə evində yaşamaq istəyirlər. Eyni zamanda Abxaziyadakı digər erməni terrorçuları gürcü qonşularını öldürərək eləcə də evlərindən qovaraq onların evlərini qənimət kimi ələ keçirmişdirlər. Həqiqətdə Gürcüstan Patriarxının və gürcü rahiblərinin təvazökarlığına və mülayimliyinə yalnız təəccüblənmək olar. Lakin təcrübə göstərir ki, ermənilər xristian münasibətlərini qiymətləndirmirlər. Onlar bunu zəiflik kimi qəbul edirlər və əsassız olaraq qəzəblənirlər. Həmçinin David Vartumaşvili qeyd edir ki, monastrın yerləşdiyi müqəddəs Nino kilsəsi XI əsr Gürcüstan memarlığının abidəsidir. Gürcüstanda böyük kafedraların, o cümlədən Msxetada Svetisxovelinin, Kaxetiyada isə Alaverdinin olduğu bir dövrdə Poka kəndinin kiçik monastrı kasıb görünürdü. Yəqin ki bu, buradakı əhalinin o vaxt azsaylı olmasından xəbər verir. Patriarxın qonşuluqda ev əldə etdiyi zaman kilsənin artıq damı yox idi. Onu 2002-ci ildə bərpa etmək mümkün oldu. Cənub fasadındakı dekor salamat qalmışdı. Divarda asomtavruli adlanan gürcü məktublarının əsasında işlənmiş divar rəsmlərinin fraqmentləri salamat qalmışdı. Yazıların 2-də kilsənin keçmiş katolikos-patriarxı V İoan Okropiri, qapının sağ tərəfində isə “Usta Bavreliy” məbədinin qurucuları xatırlanır. Belə çıxır ki, erməni millətçiləri patriarxa kilsəni damsız vermişlər və hələ 9 il ərzində də monastrın bərpa olunmasına və yenilənməsinə mane olmuşlar. Gürcü keşişlərinin, rahiblərinin və zəvvarlarının ibadət etmələri üçün heç yerdə yerlərinin olmadığını bilərək ermənilər bir az yaxşı vəziyyətdə olan və damı olan gürcü kilsəsini tövlə kimi istifadə etmişlər. Yaxşı, bir halda ki siz yad kilsəsini ələ keçirdiniz, axı özünüz də orada dua edirsiniz. Nəyə görə müqəddəs yeri təhqir edərək onu mal-qara üçün tövlə etmisiniz? Amma yox. Yerli ermənilərə kilsə Allahın məbədi kimi lazım deyilmiş. Onu sırf qanuni sahiblərinə - gürcülərə verməmək üçün tövləyə çevirmişlər. “Erməni xalqının dostluğu və qardaşlığı” məhz bu cürdür. Qeyd etmək lazımdır ki bu təkcə işğal olunmuş Abxaziyada deyil, bütün ölkə üçün müqəddəs olan yerdə, Gürcüstanın mənəvi qəlbində, eləcə də xristianlığın yayılmağa başladığı yerdə baş verir. Kənddə məskunlaşan ermənilərin gürcü müqəddəslərini təhqir etməsi dərhal dayandırılmalıdır. Poka kəndində onlar tərəfindən tövləyə çevrilən qədim kilsə gürcü pravoslav kilsəsinə verilməlidir və burada ibadət yenidən bərpa olunmalıdır.

Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstan Prezidenti Qaxa gedib

    Gürcüstan Prezidenti Qaxa gedib ...

    28-02-2019, 14:36

  • 
  • ​Gürcü deputatdan Azərbaycan əsgərinə HÖRMƏTSİZLİK: Kilsə mübahisəsi qızışır

    ​Gürcü deputatdan Azərbaycan əsgərinə ...

    27-04-2019, 15:40

  • 
  • Gürcüstan MSK: Seçici səslərinin 99,7 faizi hesablanıb, Salome Zurabaşvili öndədir - YENİLƏNİB-3

    Gürcüstan MSK: Seçici səslərinin 99,7 faizi ...

    29-11-2018, 09:37

  • 
  • Ermənilərlə gürcü polislər arasında silahlı toqquşma

    Ermənilərlə gürcü polislər arasında silahlı ...

    21-01-2014, 12:35

  • 
  • Salome Zurabaşvili Gürcüstan prezidentidir

    Salome Zurabaşvili Gürcüstan prezidentidir ...

    29-11-2018, 11:10


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (25)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu