GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistan demoqrafik fəlakət astanasında - qurtuluş Qarabağdan keçir

Ermənistan demoqrafik fəlakət astanasında - qurtuluş Qarabağdan keçir

Tarix: 31-07-2019, 11:33 Bölmə :Siyasət Baxış: 540
Ermənistan demoqrafik fəlakət astanasında - qurtuluş Qarabağdan keçir


İşğalçı ölkənin əhalisi sürətlə azalır; nazirlik rəsmisi BMT-yə istinadla şok rəqəmlər açıqladı; Ermənistan ermənilərsiz qala bilər...
Hər ölkənin əhalisinin sayı, doğum və ölüm faizləri, bütövlükdə demoqrafik göstəricilər onun üçün mühüm önəm daşıyır. Ən azından, genofondun hansı vəziyyətdə olduğunu müəyyən eləmək, əmək qabiliyyətli əhalinin sayını, bütövlükdə əhalinin qocalıb-qocalmadığını aşkara çıxarmaq baxımından bu göstəricilər daima diqqət mərkəzində saxlanılır.

Demoqrafik faktor sözsüz ki, həm də milli təhlükəsizlik amilidir. Çünki silahlı qüvvələrin komplektləşdirilməsi müstəsna olaraq əhalinin cavan və orta yaşlı kişi təbəqəsi hesabına formalaşır. Bu xüsusda işğalçı Ermənistanda vəziyyət kritik cizgiyə yaxınlaşmaqdadır. Bunu erməni rəsmiləri də etiraf edirlər.

*****

“1991-ci ildən indiyədək Ermənistan əhalisinin artımı 430 min nəfər olub. Əgər ölkədən köç olmasaydı, biz indi tamamilə məqbul demoqrafik göstəricilərə malik bir ölkə idik”.

Bu barədə Novostink.ru erməni portalına müsahibəsində Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya Şöbəsinin rəisi Artak Markosyan deyib.

“Nəticə etibarilə bu gün biz o xəttə yaxınlaşmışıq ki, artıq ailə qurmaq yaşına 90-cı illərin nəsli daxil olur və bu nəsil 80-cı illərdə doğulanlarla müqayisədə 41% azdır. Bura son 27 ilin miqrasiyasını da əlavə eləsək, demoqrafik planda mənzərə aydın olur: doğum və ölümlə bağlı bizi çox çətin zamanlar gözləyir”, - deyə idarə rəisi xəbərdarlıq edib.

Sözünə davam edən Markosyan söyləyib: “Qonşu Gürcüstanda da vəziyyət yaxşı deyil - hansı ki, 2000-2007-ci illərdə de-populyasiya (əhalinin azalması, nəslin tükənməsi - ”YM") problemi yaşamışdı. Arada situasiya bir qədər yaxşılaşsa da, son illər Gürcüstanda doğum faizi yenidən kəskin azalıb. Bu isə ölüm səviyyəsinin artması ilə müşayiət olunur".

Erməni ekspertin dəyərləndirməsinə görə, hazırda insan resursları baxımından Ermənistan müharibə vəziyyətində olduğu Azərbaycanla müqayisədə olduqca uğursuz bir durumdadır. Azərbaycan əhalisinin 10 milyon olması barədə rəsmi rəqəmi şübhə altına alan (?! - “YM”) Markosyan bildirib ki, hətta 8 milyonluq Azərbaycanın varlığı da onunla müharibə vəziyyətində olan Ermənistan üçün çox pis gerçəklikdir.

“Ermənistanla düşmən münasibətdə olan başqa bir qonşunun - Türkiyənin əhalisi isə hazırda 82 milyondur və BMT-nin hesablamalarına görə, 2050-ci il üçün 98 milyon təşkil edəcək. Azərbaycanın əhalisi 11 milyon, İranın əhalisi 103 milyon olacaq. Ermənistanın əhalisi bu müddətdə 2 milyon 861 minə kimi, Gürcüstanınkı isə 3 milyon nəfərədək azalacaq”, - deyə sonda o, həyəcanlı şəkildə bildirib.

*****

Paşinyan hökumətinin nazirliyindəki idarəsi rəisinin təlaşı əslində tam əsaslıdır. Məsələ ondadır ki, 27 ildir “qalib Ermənistan”dan kütləvi köç davam edir. Bu prosesi ötənilki “məxməri inqilab” nəticəsində reallaşan rejim dəyişikliyi də dayandıra bilməyib. Özü də gedənlər bir qayda olaraq, reproduktiv, çağırışçı yaşda olan əhalidir və onların mütləq əksəriyyəti geri dönmür.

Yeri gəlmişkən, demoqrafik problemin təzahürüdür ki, Ermənistanda sağlam olmayan gənclər də sağlam adı ilə hərbi xidmətə göndərilir. Təsadüfi deyil ki, Ermənistan Müdafiə Nazirliyinin “Qaynar xətti”nə zəng edən əsgər valideynlərinin əksəriyyəti övladlarının yetərincə yaxşı tibbi müayinədən kedirilmədiyindən şikayət edirlər.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin İnsan Haqları Mərkəzinin rəisi polkovnik Alik Avetisyan deyib. O, orduya çağırışla bağlı gələn zəngin daha çox hərbi xidmətə yararlılıq kateqoriyasına aid olduğu bildirilib. Polkovnik vətəndaşların yoxlamalar zamanı çağırışçılarda olan əsl xəstəliklər yerinə daha yüngül xəstəliklərin göstərilməsindən şikayət etdiklərini bildirib. O, cari ildə əsgər valideynlərindən 18 min şikayət zəngi aldıqlarını da deyib.

Lakin bütün bunlar səbəb yox, nəticələrdir. Səbəb isə əlbəttə ki, Azərbaycanla davam edən müharibə vəziyyəti, həlli uzanan Dağlıq Qarabağ konflikti və bundan dolayı blokada rejimi və işğalçı ölkənin iqtisadi inkişafdan qalmasıdır. Yoxsa ki, hesabla Paşinyan iqtidarı dönəmində əhalinin güzəranı yaxşılaşmalı idi.

Göründüyü kimi, hakimiyyət dəyişsə də, ölkənin köklü problemləri yerində qalır. Başqa sözlə, Ermənistan öz əhalisinin kəskin azalmasına - de-populyasiya tuş gəlmək istəmirsə, o zaman “de-okkupasiya”, yəni Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmaq barədə ciddi düşünməlidir. Əks təqdirdə, düşmən ölkə daha ağır demoqrafik problemlə üz-üzə gələcək, hətta Ermənistan ermənilərsiz qalacaq. Bunu hesablamaq üçün demoqraf olmağa gərək yox...//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni ekspert: "Ermənistanda demoqrafik vəziyyət böhran həddinə çatıb”

    Erməni ekspert: "Ermənistanda demoqrafik ...

    11-07-2016, 23:41

  • 
  • Azərbaycan əhalisinin sayı açıqlanıb

    Azərbaycan əhalisinin sayı açıqlanıb ...

    14-12-2017, 16:30

  • 
  • Ermənistan mətbuatından SOS: Ölkə boşalır

    Ermənistan mətbuatından SOS: Ölkə boşalır ...

    3-02-2014, 11:42

  • 
  • Ermənistan doğrudan da boşalıb -STATİSTİKA

    Ermənistan doğrudan da boşalıb -STATİSTİKA ...

    12-02-2018, 17:41

  • 
  • Azərbaycan əhalisi azala bilər

    Azərbaycan əhalisi azala bilər ...

    5-02-2014, 10:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu