GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakının müharibə haqqı, Paşinyanın Qarabağ fiaskosu

Bakının müharibə haqqı, Paşinyanın Qarabağ fiaskosu

Tarix: 15-08-2019, 10:57 Bölmə :Siyasət Baxış: 612
Bakının müharibə haqqı, Paşinyanın Qarabağ fiaskosu


Bakı həmsədr ölkələrin tərkibinə yenidən baxılmasını tələb edə bilər; amerikalı analitik: “ABŞ, Azərbaycan da daxil, keçmiş sovet respublikaların ərazi bütövlüyünü tanıyır...”

Bir neçə gün öncə işğalçı Ermənistan ordusunun əsgəri Aro Kazaryanın ağ bayraq qaldırıb Azərbaycan tərəfə keçməsi haqda məlumat verilib. Bildirilir ki, erməni hərbçisinin fərariliyinin səbəbi xidmət keçdiyi hissədə ona qarşı dözülməz münasibət olub və o da işgəncələrə tab gətirməyərək Azərbaycan tərəfə keçib. Bunu onun bədənindəki zorakılıq izlərindən də asanca görmək olardı. Bu fakt bir daha düşmən tərəfin silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət haqda real təsəvvür yaradır.

Sözsüz ki, daxilində başıpozuqluğun baş alıb getdiyi belə bir ordu torpaqlarımızı sonsuzadək işğal altında saxlaya bilməz. Enində-sonunda bu “çağırılmamış qonaqlar” Azərbaycanın qanuni torpaqlarından rədd olub gedəcək - ya xoşluqla, yəni danışıqlar nəticəsində, ya da onlar zor gücünə ərazimizdən vurulub çıxarılacaq. Ermənistanın populist baş naziri Nikol Paşinyan Xankəndidə “miatsum”dan dəm vursa da.

Yeri gəlmişkən, erməni əsgərin fərariliyi Nikol Paşinyanın özündən razı açıqlamasından cəmi bir neçə gün sonraya təsadüf edir və faktiki surətdə işğalçı ölkənin baş nazirinin avantürist bəyanatlarını sıfırlayır. Bu fakt əslində Dağlıq Qarabağla bağlı düşmən ölkə rəhbərliyinin aylardır sərgilədiyi davakar ritorikanın fiaskosudur. Hər halda Ermənistan rəsmiləri Qarabağ mövzusunda mənasız və maksimalist bəyanatlar səsləndirməkdənsə, ordudakı real durumundan danışsalar, daha məntiqli olar...

*****

Nikol Paşinyanın “miatsum” sərsəmləməsi xarici siyasi təhlilçilər tərəfindən də sülhə xidmət etməyən gediş kimi qiymətləndirilməkdədir. O sırada tanınmış amerikalı sabiq diplomat, Vaşinqtondakı “Atlantic Council” (“Atlantika Şurası”) Analitik Mərkəzinin Avrasiya bölümünün direktori Con Herbestə görə, erməni baş nazirin həmin açıqlaması sırf daxili auditoriyaya hesablanıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am erməni portalına müsahibəsində bildirib.

Politoloq İrəvanın “miatsum”, yoxsa “müstəqillik” ideyasına üstünlük verməli olması ilə bağlı erməni jurnalistin sualına cavabında deyib: “ABŞ-ın Dağlıq Qarabağ məsələsində mövqeyi belədir ki, Vaşinqton bir yandan bəyan edib ki, Azərbaycan da daxil, keçmiş sovet respublikaların ərazi bütövlüyünü tanıyır, digər yandan isə Dağlıq Qarabağda böyük sayda erməni əhalinin mövcudluğunu qəbul edir. Sizin (ermənilərin - ”YM") probleminiz ondadır ki, SSRİ dağılanda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub. Ermənistan son 30 ildə, təəssüflər olsun ki, Dağlıq Qarabağla bağlı inadlı mövqeyi ucbatından özünü təcrid edib. Bu mövqe açıq-aşkar həm Azərbaycan-Ermənistan münasibətlərini qəlizləşdirib, həm də Ermənistanla onun ən qüdrətli qonşusu olan Türkiyə ilə problemin nizamlanmasını daha da qəlizə salıb".

Sözünə davam edən analitik deyib: “Ermənistanın Dağlıq Qarabağ problemi üzərində çalışan prezidenti olub. Ancaq o, bu səylərində xalqın dəstəyini ala bilməyib. Yəqin anladınız kimdən söhbət gedir. Mən Levon Ter-Petrosyanı nəzərdə tuturam. Ola bilsin ki, sizin Nikol Paşinyanın daxili siyasəti və daxili islahatlarından dolayı pozitiv gözləntiniz və pozitiv fikriniz var. Ancaq mən əmin deyiləm ki, Qarabağ məsələsində sərt mövqe Ermənistan üçün ən yaxşı variantdır”.



Erməni jurnalistin “Bəs Ermənistan üçün hansı siyasət və ya variant daha yaxşıdır” sualını amerikalı ekspert belə cavablandırıb: “Fikrimcə, Dağlıq Qarabağ problemi İrəvanın və ya Bakının birtərəfli bəyanatları ilə yox, Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə həllini tapmalıdır”.

Qeyd edək ki, bu arada Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Paşinyanın məlum açıqlamasına münasibət bildirərkən deyib ki, Dağlıq Qarabağın yekun statusu Bakı və İrəvan arasında danışıq yolu ilə müəyyən olunmalıdır. Con Herberst də bu yanaşmanı bölüşür. “Yekun qərarı Bakı və İrəvan danışıqlar prosesində verməlidir. Hamı bilir ki, danışıqlar aparılır. Rusiya, ABŞ və başqa ölkələr bu prosesdə iştirak edir ki, nəticə əldə olunmasına kömək eləsinlər. Əlbəttə, aydındır ki, son 25-30 ildə bu proses elə də uğurlu olmayıb. İstənilən halda yaxşıdır ki, dinc danışıqlar prosesinin fasiləsizliyi qalır”, - deyə o, əlavə edib.

*****

Lakin artıq dalana dirənən nizamlama prosesində fasiləsizlik qalsa da, hələ ki, sülh danışıqları real nəticəyə gətirməyib. Atəşkəs rejimi isə sonsuzadək sürə bilməz. Atəşkəs böyük sülh sazişi ilə bitməyəcəksə, o zaman müharibə ilə bitəcək. Üçüncü yol yoxdur. Paşinyanın son bəyanatı isə məhz hərb variantını gündəmə gətirir.

“Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi bəyanat uzun illərdir Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin üzərindən xətt çəkir”. Bu sözləri tanınmış rusiyalı politoloq, Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib (APA).

Onun sözlərinə görə, N.Paşinyanın Xankəndidə səsləndirdiyi bəyanata ilk reaksiya ATƏT-in Minsk Qrupu həmsədrlərindən gəlməli idi: “Ən təəccüblüsü Ermənistan baş nazirinin məlum bəyanatına beynəlxalq müşahidəçilərin münasibətinin olmamasıdır. Məhz Minsk Qrupunun həmsədrləri Paşinyanın bəyanatına münasibət bildirməlidirlər. Çünki bu bəyanat məhz onların vasitəçiliyi ilə aparılan danışıqların üzərindən xətt çəkir. Lakin biz bu reaksiyanı görmürük. Həmsədrlər bu bəyanatlara reaksiya verməyə borcludurlar. Əks halda Dağlıq Qarabağ ətrafında vəziyyət gərginləşə bilər. Yekunda biz beynəlxalq müşahidəçilərin reaksiyasını görməsək, o zaman yeni müharibəyə hazırlığın şahidi olacağıq. Azərbaycan uzun illərdir həmsədr ölkələrin tərkibinə yenidən baxılmasını istəyir. Minsk Qrupu həmsədr ölkələrinin tərkibi Bakını qane etmir. Paşinyanın bəyanatına həmsədr ölkələr tərəfindən reaksiyanın verilməməsi göstərdi ki, Bakının bu mövqeyi əsaslıdır, Azərbaycan bu mövqeyində haqlıdır”.

Politoloqa görə, Rusiya maksimal dərəcədə səy göstərir ki, Qarabağ münaqişəsi radikallaşmasın. “Lakin biz indi tamam ayrı mənzərənin şahidi oluruq. Dondurulmuş münaqişə yavaş-yavaş əriməyə başlayır. Azərbaycan danışıqlar prosesində konkretlik tələb edir, torpaqlarının qaytarılmasını istəyir. Yaranan bütün sualları həmsədrlərə istiqamətləndirməliyik. Moskvanın bu məsələdə mövqeyi dəyişməzdir. Rusiya münaqişənin diplomatik siyasi yolla həllini istəyir. Kremlə görə bu münaqişənin digər metodlarla həlli mövcud deyil. Lakin Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strategiyası Rusiya rəhbərliyi üçün də anlaşılan deyil. Kreml Ermənistandan həm ölkə daxilində, həm də Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hadisələrlə bağlı konkret mövqe gözləyir”, - deyə rusiyalı politoloq sonda vurğulayıb./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb

    Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir ...

    6-11-2018, 15:15

  • 
  • Daha iki erməni əsgəri məhv oldu

    Daha iki erməni əsgəri məhv oldu ...

    3-01-2015, 22:58

  • 
  • Azərbaycan həmsədər ölkələrin bəyanatına münasibət bildirdi

    Azərbaycan həmsədər ölkələrin bəyanatına ...

    19-06-2013, 14:07

  • 
  • Amerikalı həmsədr Azərbaycanın erməni əsgərini qaytarmasını alqışladı

    Amerikalı həmsədr Azərbaycanın erməni əsgərini ...

    20-11-2015, 01:32

  • 
  • Prezident: "Aprel döyüşləri göstərdi ki, Ermənistan xarici yardım almadan torpaqlarımızı işğal altında saxlaya bilməz"

    Prezident: "Aprel döyüşləri göstərdi ki, ...

    31-03-2017, 13:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu