Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilən prezident seçkisini tanımır.
GundemXeber.Az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin avqustun 26-da yaydığı bəyanatda deyilir.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir," sənəddə qeyd edilir.
Abxaziya Gürcüstanın şimal-qərbində yerləşən bölgədir. 1992-ci ildən etibarən baş verən münaqişə nəticəsində Gürcüstanın nəzarətindən çıxıb. Abxaziyanı Rusiya və ona müttəfiq olan bir neçə ölkəni çıxmaqla, Azərbaycan da daxil bütün başqa dövlətlər Gürcüstanın ərazisi kimi tanıyır.
Hazırda Gürcüstaan Abxaziya və Cənubu Osetiya bölgələrinə nəzarət edə bilmir. Gürcüstan hökuməti, ABŞ və Avropa Birliyi bu regionları Rusiyanın işğal etdiyi ərazi kimi qiymətləndirirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?