Nəzəri və praktiki hissədən ibarət olan təlim sentyabrın 6-dək davam edəcək.
Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2019" kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində gerçəkləşən təlimdə üç ölkənin hərbi bölmələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra etməlidirlər.
Nəzəri və praktiki hissədən ibarət olan təlim sentyabrın 6-dək davam edəcək.
Bundan əvvəl 3 ölkə hərbi qulluqçularının "Eternity-2018" təlimi Türkiyədə, «Eternity-2017» təlimi isə Gürcüstanda keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?