Bu gün ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.
Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.
Sorğu
Yeni dizaynımız necədir?