Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində baş tutub.
Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?