Müsavatçı professor partiyasının Milli Şuranı tərk etməsini istəyir Müsavat Partiyasının üzvü, tibb professoru Adil Qeybulla Müsavatın Milli Şuradan çıxmalı olduğunu düşünür. O, bu barədə virtualaz.org saytına verdiyi geniş müsahibədə byan edib.
A.Qeybulla bildirib ki, o, bu barədə hələlik partiyanın başqanı İsa Qəmbərlə danışmayıb, ancaq belə bir görüş olacaq və o, partiyanın liderinə öz fikirlərini çatdıracaq: "Çox guman ki, bunula bağlı bizim görüşümüz olacaq. Hesab edirəm ki, Azərbaycanın müstəqilliyində yer almış bir insanın bu gün belə bir avantürüst qurumda olması qəbuledilməzdir".
Tanınmış həkimin bu fikrə gəlməsinin başlıca səbəbi "Milli Şurada olanların bəzilərinin cilovu"nun müxtəlif əcnəbi əllərdə olmasıdır: "Özünü qəfildən müxalifətçi adlandırıb Milli Şurada peyda olanlar var. Məntiqlə belə çıxır ki, onlar bu gün əslində İlham Əliyevin hakimiyyətdə qalmasına çalışır. Müxalifətçi qiyafəsindədirlər, lakin işi elə qururlar ki, nəticə yenə də İlham Əliyevin hakimiyyətdə qalması olsun".
A.Qeybulla Mlli Şuranın vahid namizəd olaraq R.İbrahimbəyovun namizədliyi üzərində israr etməsini, alternativ namizədin irəli sürməsinin qarşısını almasını şübhəli sayır və bunun müxalifətin, xüsusilə də Müsavatın seçkidən kənarda saxlanması cəhdi kimi qiymətləndirir: "Xeyli gizli məqamların olması bu məntiqi nəticəyə gəlməyə imkan verir. Müsavat kimi bir partiya Milli Şurada qala bilməz. Müsavat mövqe bildirib seçkilərdə tək iştirak etməlidir. Vaxta az qalır".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?