GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır - GƏLİŞMƏ

Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır - GƏLİŞMƏ

Tarix: 9-10-2019, 14:29 Bölmə :Siyasət Baxış: 376
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır - GƏLİŞMƏ


Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır

Ermənistanın yuxarı hakimiyyət eşelonunda maraqlı proseslər gedir. Söhbət təkcə baş nazir Nikol Paşinyan və onun başçılıq elədiyi hökumətdən, az öncə daxili işlər naziri və təhlükəsizlik xidməti rəhbərinin qalmaqallı istefalarından getmir. Həm də ölkənin prezidenti olan, lakin hələ ki 1-ci şəxsi olmayan Armen Sərkisyan ətrafında yeni gəlişmələrdən gedir.

Müşahidələr söyləməyə əsas verir ki, Nikol Paşinyan hakimiyyətdə olduğu ilyarım ərzində hələ də özü üçün uğurlu və çevik komanda formalaşdırıb başa çatdıra bilməyib. Dünən məlum olub ki, o, baş müşaviri Valeri Osipyanı da öz vəzifəsindən azad edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu oktyabrın 8-də Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu il sentyabrın 18-də Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa vermişdi. Bundan sonra N.Paşinyan onu özünə baş müşavir təyin etmişdi. Daha çox da o səbəbə ki, hakim komandada ciddi daxili parçalanma olmadığı görüntüsünü yaratmaq üçün...

*****

Maraqlıdır ki, təxminən eyni vaxtda prezident Armen Sərkisyan özünə yeni baş müşavir təyin edib. “Yeni Müsavat” Rusiyadakı “Kommersant” nərinə istinadən xəbər verir ki, bu, nə qədər qəribə də olsa, Rusiya vətəndaşı Georgi Asatryandır.

Qəzetə danışan mənbə deyib ki, G.Asatryan Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sərkisyan arasında “əlaqələri möhkəmlətməklə” məşğul olacaq. Həmçinin iki ölkənin prezident administrasiyaları arasında təmasların güclənməsinə çalışacaq. O da bildirilir ki, öz işini o, ştatdankənar rejimdə və ictimai əsaslarla həyata keçirəcək. “Kommersant” bu haqda diplomatik dairələrdəki mənbələrə istinadla yazıb.

Bildirilir ki, Asatryan tarix elmləri namizədi, Əfqanıstan və antiterror fəaliyyəti üzrə mütəxəssisdir. Rusiyada təhsil alıb. Əvvəllər “Valday” Beynəlxalq Diskussiya Klubunda və “Beynəlxalq İşlər üzrə Rusiya Şurasında” işləyib, habelə “Kommersan”da və TASS-da məqalələrlə çıxış edib. Gizli konsaltinqlə məşğul olub. Onun müştəriləri arasında beynəlxalq biznesin nümayəndələri, həmçinin Rusiyanın Təhlükəsizlik Şurası da daxil, hökumət strukturları, həmçinin xarici dövlətlərin Moskvadakı səfirlikləri olub. Bir sözlə, o, Rusiyanın adamıdır.

Nəşr onu da dəqiqləşdirib ki, Georgi Asatryanın təyinatı haqda qərar Putinin İrəvana 1 oktyabr səfərindən dərhal sonra verilib. Ən maraqlısı da elə budur. Görünür, İrəvan səfəri zamanı Kreml başçısı komandası əsasən “Soros uşaqları” və rusofoblardan ibarət olan Paşinyanla bağlı mövqeyini qətiləşdirib. Rusiya liderinin hətta “düyməyə” basdığı deyilir. Moskva üçün Paşinyana ən yaxşı alternativ isə prezident Armen Sərksiyan ola bilər.

Təbii ki, Rusiya bu yöndə prosesləri süni şəkildə tələsdirməyəcək, uyğun məqamı, daha dəqiqi, Nikol Paşinyanın daxildə tam gözdən və nüfuzdan düşməsini, “ayağının sürüşməsi”ni gözləyəcək. Bunun üçün Moskva öz tərəfindən minimum gərəkənləri də sözsüz ki, edəcək. Məsələn, Ermənistana satılan qazı azca bahalaşdırmaqla Putin payız-qış mövsümündə Paşinyanın reytinqinə ciddi zərbə vura bilər. Yeri gəlmişkən, yerli KİV-lər bu haqda xeyli vaxtdır yazır.

*****

Yada salaq ki, ilin əvvəlində ABŞ-ın Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi rəy sorğusu inqilabdan sonra ilk dəfə Nikol Paşinyanın reytinqinin Armen Sərksiyandan geri qaldığını aşkarlamışdı - 53 və 64%. Hazırda isə baş nazir Nikol Paşinyandan ictimai narazılıq daha böyükdür. Çünki onun xalqa verdiyi vədlərdən heç biri reallaşmayıb. Ölkədə nə iqtisadi inqilab baş verib, nə əhalinin güzəranı yaxşılaşıb və vəd edilən iş yerləri açılıb, nə də iş qabiliyyətli adamların ölkədən kütləvi köçü dayanıb. Dağlıq Qarabağ məsələsində Paşinyanın tutduğu naşı və avantürist mövqe də öz yerində.

Onu da xatırladaq ki, Nikol Paşinyanı baş nazir postuna parlament təyin edib. Həmin parlament də fors-major vəziyyətdə onu geri çağırıb başqası ilə, tutaq ki, Armen Sərkisyanla əvəzləyə bilir. Doğrudur, keçən il dekabrın 9-da keçirilmiş növbədənkənar seçkilərlə formalaşan təzə parlamentdə əksəriyyət Paşinyan tərəfdarlarından ibarətdir. Ancaq ölkədə vəziyyət qarışarsa, yeni tərkib böhrandan çıxmaq üçün yeni “məxməri inqilaba” da qol qoya bilər. Ermənistanın yaxın tarixində belə hallar az olmayıb. Yəni Paşinyanın qurban verilməsi nəzəri cəhətcə istisna deyil...//“Yeni Müasavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan onu ifşa edənləri həbs etdirdi

    Paşinyan onu ifşa edənləri həbs etdirdi ...

    15-04-2019, 12:01

  • 
  • SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: Dövlət qurumları mühasirəyə alındı

    SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: ...

    17-04-2018, 16:24

  • 
  • Nikol Paşinyan Ermənistan polisini Qarabağa göndərir - düşmən müharibə hazırlığına başlayır?

    Nikol Paşinyan Ermənistan polisini Qarabağa ...

    4-07-2018, 12:22

  • 
  • “Kasıb və bədbəxt Ermənistan əhalisi...” - Qərb nəşrindən şok yazı

    “Kasıb və bədbəxt Ermənistan əhalisi...” - Qərb ...

    19-09-2019, 12:24

  • 
  • Paşinyan baş nazir postundan gedir – Ölkədə növbədənkənar seçki keçiriləcək

    Paşinyan baş nazir postundan gedir – Ölkədə ...

    15-10-2018, 15:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu