Cümə günü dövlət başçısı İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarının müsəlman din xadimlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Elə həmin gün o, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin-Muammarı, habelə Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.
Bütün bu şəxslər İkinci Dinlərarası Dialoqun - noyabrın 14-15-də Bakıda keçirilən forumun iştirakçılarıdır.
Görüşlərdə dinlərarası dialoqun möhkəmləndirilməsi, dini sahədəki problemlərin həlli, dini etiqad azadlığının təmin edilməsi və dini radikalizmə qarşı mübarizə məsələləri müzakirə olunub.
Sorğu
Yeni dizaynımız necədir?