"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın".
Bunu partiyanın sədr müavini - icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.
"Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik", - Ə.Əhmədov əlavə edib.
*** 15:01
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.
Mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.
Mətbuat konfransında YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.
Qeyd edək ki, YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.
Sorğu
Yeni dizaynımız necədir?