Bu gün Azərbaycanın baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Trend"-nın məlumatına görə, görüşdə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev iştirak ediblər.
Görüşdə iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub.
YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, bu səfər xalqlarımız və partiyalarımız arasında əlaqələrin genişlənməsinə təkan verəcək.
Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən qonaq qeyd edib ki, Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmət edirlər. Qonaq gələcəkdə ölkələr və partiyalar arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?