Milli Məclisin deputatları parlamentin buraxılması xahişilə prezidentə müraciətilə bağlı hakim Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsünü dekabrın 2-də keçiriləcək iclasda müzakirə edəcəklər.
Gundemxeber.Az bildirir ki, bu barədə Turan-a adının çəkilməsini istəməyən deputatlardan biri məlumat verib.
Onun sözlərinə görə, MSK növbədənkənar parlament seçkilərinin nəticələrini elan edənə qədər Milli Məclis işini davam etdirəcək. Bu gün parlament prezidentin təqdim etdiyi üç namizəddən birinin ombudsman seçilməsi məsələsinə baxacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?