Bu gün Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Gundemxeber.Az bildirir ki, nazirlər Slovakiyanın paytaxtı Bratislavada görüşəcəklər.
Qeyd edək ki, Elmar Məmmədyarov dekabrın 3-də Bratislavaya şəhərinə yola düşüb. Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.
Məmmədyarov və Mnatskanyanın görüşü də ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə nəzərdə tutulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?