Prezident İlham Əliyev “Patent haqqında” qanunun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
2.1-ci bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılıb. Həmin bənddə “39.2-ci maddəsində (birinci halda)” sözləri “39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilib.
Eyni zamanda, aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilib:
“2.1-1. həmin qanunun 39.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur”.
2.2-ci bənddə “39.2-ci maddəsində (ikinci halda)” sözləri “39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.
2.4-cü bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılıb və həmin bəndə “39.2-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?