GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Bakı indi ağlarla oynayır” - İrəvan müdafiə mövqeyində

“Bakı indi ağlarla oynayır” - İrəvan müdafiə mövqeyində

Tarix: 17-12-2019, 11:26 Bölmə :Siyasət Baxış: 339
“Bakı indi ağlarla oynayır” - İrəvan müdafiə mövqeyində


Azərbaycanın növbəti diplomatik həmləsi düşmən tərəfi qəfil haqlayıb; Dağlıq Qarabağın azərbaycanlı icmasının son addımları işğalçı ölkədə təlaş doğurub - səbəblər; erməni siyasətçi: “Biz imicimizi və mövqeyimizi itirmişik...”

Son aylar Tural Gəncəliyevin rəhbəri olduğu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq arenaya çıxaraq, dünya birliyinə yönəlik önəmli addımlar atır. Əsas hədəf təbii ki, ölkəmizin üzləşdiyi və on illərlə həlli uzanan işğal probleminin çözümünü yaxınlaşdırmaq, Ermənistanın təcavüzkar və anti-Azərbaycan siyasətini faş eləməkdir.

Bu xüsusda icma nümayəndələrinin ABŞ-a uğurlu səfərini, orada həmçinin nüfuzlu yəhudi lobbisinin yetkilələri ilə görüşünü qeyd eləmək lazım gəlir. Bugünlərdə isə icma heç bir şərt qoymadan Dağlıq Qarabağın erməni icması ilə dialoqa hazır olduğunu bəyan elədi. Ardınca məlum oldu ki, azərbaycanlı icma Avropa Parlamentinin yeni seçilmiş 751 deputatına məktub göndərib.

Məktubda icma üzvləri Avropa Parlamentində təmsil olunan deputatlara azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası və qorunması, onların öz yurdlarına geri dönməsi istiqamətində qətiyyətli qərarlar qəbul edəcəyinə və ədalətli mövqe göstərəcəklərinə dair əminliklərini bildiriblər.

Məktublarda deyilir: “Dünyada qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının arxa plana keçirildiyi bir vaxtda, siz, Avropa Parlamentinin deputatları bu ali vəzifənin icrasına başlamısınız. Çox təəssüflər olsun ki, müasir dünyada insan hüquqlarının bir çox nailiyyətlərinin zorakı hərəkətlərlə pozulduğunu müşahidə edirik. Bu çətin dövrdə Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən azərbaycanlı məcburi köçkünlərin insan haqlarının müdafiəsi istiqamətində sarsılmaz iradə nümayişini sizlərdə görmək niyyətindəyik. Biz doğma yurdumuz Dağlıq Qarabağdan və ətraf rayonlardan zorla qovulan, etnik təmizləməyə məruz qalan insanlarıq”.

Müraciətdə həmçinin qeyd olunub ki, insan hüquqları universaldır və Dağlıq Qarabağın azərbaycanlı icmasına münasibətdə seçimli şəkildə həyata keçirilə bilməz. “Bizim vətənimizə qayıtmaq, məhrum olduğumuz əmlakımıza sahib çıxmaq, öldürülməkdən və ya etnik təmizləməyə məruz qalmaqdan qorxmadan ata-baba yurdumuzda ləyaqətlə yaşamaq hüququmuz var. Biz, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni icması ilə birlikdə dinc yanaşı yaşamaq niyyətimizi açıq bəyan edirik. Bu baxımdan, əminik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında birbaşa dialoq gələcək sülh və firavanlıq üçün uyğun imkan yaratmağa kömək edəcək. Bu, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplər əsasında ədalətli həllinə öz töhfəsini verəcək”.

*****

Gözlənildiyi kimi, Bakının təbliğat müharibəsində atdığı bu addımlar düşmən tərəfdə olduqca həssaslıqla izlənib, narahatlıqla qarşılanıb. Anlaşılandır. Axı biz düşmənin hiyləgər Qarabağ taktikasını elə onun öz üsulu ilə vurmağa başlamışıq. İnsan haqlarından, universal dəyərlərdən, öz müqəddəratını təyin etmə haqından həvəslə dəm vuran ermənilər işğala haqq qazandırmaq üçün məgər demirlərmi ki, iki millət bir yerdə yaşaya bilməz?

Deyirlər. Buyurun, onda öz dədə-baba torpaqlarından qovduğunuz azərbaycanlı icmanın sülh çağırışlarına, birgə yaşamaq təkliflərinə müsbət cavab verin. Dünya birliyini inandırın ki, həqiqətən siz də sülhün tərəfdarısınız, savaşın yox. Di gəl, xəbərlər bunun əksini deyir.

Məsələn, Ermənistan XİN-i Bakıdan səslənən və bütünlüklə beynəlxalq hüquqa, insanlıq qanunlarına söykənən sülh və dialoq çağırışlarına həyasız bir reaksiya sərgiləyib. XİN-in mətbuat katibi Anna Naqdalyan deyib ki, Azərbaycan guya bununla “ortanı qarışdırmaq”, separatçı rejimin birbaşa danışıqlara tərəf kimi qatılmasına əngəl olmaq istəyir. Guya hələ SSRİ dövründən Dağlıq Qarabağ sırf ermənilər yaşayan bölgə kimi tanındığı üçün iki icma söhbətinə ehtiyac yoxdur. Yəni ki, dialoqa və danışıqlara da lüzum yox.

Bəs konflikt başlayanadək Dağlıq Qarabağ əhalisinin 40 faizini təşkil eləmiş köklü azərbaycanlılar necə olsun? Onlar icma deyilsə, nədir? Hələ onu demirik ki, Qarabağ yalnız dağlıq ərazidən ibarət deyil - hansı ki, bütünlüklə etnik təmizlənməyə məruz qalıb. O da məlumdur ki, SSRİ dönəmindən cəmi 10-15 il əvvəl Dağlıq Qarabağın özündə belə, erməni əhali azlıqda olub. Bunu təsdiqləyən onlarca rus mənbəyi və xəritələr var.

Əlbəttə ki, rəsmi İrəvanın belə panik reaksiyası gözlənilən idi. Əsas da o səbəbə ki, “iki icma” söhbəti, sülh və dialoq təklifi Ermənistanın Dağlıq Qarabağ ermənilərini mifik “Dağlıq Qarabağ xalqı” kimi təqdim edib onu dünyaya üçüncü münaqişə tərəfi kimi tanıtmaq, beləliklə də Ermənistanı “sudan quru çıxarmaq” yönündə cəhdlərini boşa çıxarır. Bu mənada düşmən ölkənin fakt qarşısında qaldığını da söyləmək olar. Çünki dünya bir daha əmin olur ki, Dağlıq Qarabağ hansısa mifik xalqın yox, azərbaycanlı və erməni əhalinin yaşadığı coğrafi ərazidir - Azərbaycanın ayrılmaz tərkib hissəsi olan ərazi.

*****

“Azərbaycanlı icmanın Avropa Parlamentinə məktubu mühüm siyasi mesajdır”. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Bu məktub ondan xəbər verir ki, artıq həmsədrlər və beynəlxalq təşkilatlar kontekstində gündəm dəyişir. Öncədən də ağılsızlıq idi düşünmək ki, avtoritar Azərbaycanın fonunda Ermənistan və ”Arsax"ın özünü demokratik göstərmək arzusu danışıqlar prosesində bizə üstünlük gətirməyəcək", - deyə o qeyd edib.

Sözünə davam edən erməni siyasətçi bildirib: “Biz prosesdə mövqelərimizi itirmişik. Əgər əvvəl Ermənistan ağlarla oynayırdısa, indi qaralarla oynayır. Biz imicimizi də itirmişik. Əgər qabaqlar Ermənistan mili maraqlardan çıxış edərək öz gündəmini irəli aparırdısa və bu zaman Ermənistan haqda konstruktiv, Azərbaycan haqda isə destruktiv tərəf təəssüratını yaradırdısa, indi belə bir təəssürat, sadəcə, yoxdur”.

Əslinə qalsa, heç əvvəl də belə təəssürat olmayıb. Fakt budur ki, Bakının son diplomatik həmləsi düşmən tərəfi həqiqətən qəfil yaxalayıb. Şahmat termini ilə desək, indi rəqib daha çox müdafiə haqda düşünür...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dağlıq Qarabağın azərbaycanlı icması Brüsselə səfər edib

    Dağlıq Qarabağın azərbaycanlı icması Brüsselə ...

    4-12-2019, 11:57

  • 
  • Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrini istefaya göndərdilər

    Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrini ...

    20-12-2018, 13:10

  • 
  • Danışıqlardan daha konkret nəticələr gözləyirik - Dağlıq Qarabağ azərbaycanlılarının rəhbəri

    Danışıqlardan daha konkret nəticələr gözləyirik - ...

    18-01-2019, 16:54

  • 
  • XİN-də Tural Gəncəliyev müəmması - Məmmədyarov üçün gözlənilməz qərar

    XİN-də Tural Gəncəliyev müəmması - Məmmədyarov ...

    21-12-2018, 12:52

  • 
  • Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yaydı

    Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ...

    13-11-2019, 13:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (269)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu