2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər.
Bunu Oxu.Az-a və bir neçə KİV-ə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edir, digər tərəfdən isə qondarma “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirlər səsləndirir.
REKLAM
www.lexus.az
Daha ətraflı
Nazir qeyd edib ki, bu, danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurub.
E.Məmmədyarov aparılan danışıqlarda müzakirə olunan məsələlər barədə də məlumat verib. O bildirib ki, görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürülüb.
“Hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı. Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoydu.
Əslində təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Beləliklə də gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar”,- deyə E.Məmmədyarov əlavə edib.
O qeyd edib ki, tez ya da gec, münaqişənin həllindən sonra iki icmanın nümayəndələri yenidən ölkəmizin Dağlıq Qarabağ bölgəsində birgə yaşamalı olacaqlar.
“Bu baxımdan həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı faktorunu aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri dönməsini təmin etməyə xidmət etməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?