“Tərəflər konstruktiv və substansiv danışıqlar üçün bir araya gələndə biz buna həmişə şad oluruq”.
Bunu “Report”un sualını cavablandıran zaman jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger bildirib. O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşünü şərh edərkən deyib: “Ümid edirəm ki, danışıqlardan dərhal sonra yayılan bəyənatla tanışsınız. Bir daha danışıqların davam etdirilməsinə ümid edirik”. Daha əvvəl ABŞ səfirliyi Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün qətiyyətli olaraq qaldıqlarını bildirmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?