Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və dövlət idarəetmə islahatları bütün sahələrdə olduğu kimi, vergi sahəsində də uğurla davam etdirilir...
Bunun nəticəsidir ki, Mikayıl Cabbarovun bu sahəyə rəhbərlik etməsindən sonra dövlət-biznes münasibətləri keçid dövrünə qədəm qoyub, Azərbaycanın vergi sistemində mövcud olmuş bir sıra problemlər əsaslı şəkildə aradan qaldırılıb, vergi orqanlarının strukturu yenidən qurulub, kadr heyətində əsaslı dəyişikliklər aparılıb və ən əsası bu sahədə tam şəffaflıq yaradılıb. Bütün bunların nəticəsində Azərbaycanda "kölgə iqtisadiyyatı"na ağır zərbə vurulub, azad sahibkarlıq fəaliyyəti daha da genişləndirilib.
Mikayıl Cabbarov bu sahəyə rəhbərlik edəndən bəri zaman-zaman kadr islahatları həyata keçirilir, sahibkarların "qəniminə" çevrilmiş vergi əməkdaşları tutduqları vəzifələrdən azad olunurlar. Bu cür addımlar həm sahibkarlar, həm də sıravi əhali tərəfindən rəğbətlə qarşılanır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun yeni əmri ilə işlərində yol verdikləri nöqsanlara görə daha 20-dən çox vergi əməkdaşı işdən azad edilib.
Sözügedən şəxslər Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları olub və onlar Mikayıl Cabbarovun əmri ilə Sərəncama göndəriliblər.
Demokrat.az işdən çıxarılan vergi əməkdaşlarından bəzilərinin olduğu siyahını əldə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?